Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda minlərlə xəstə palliativ tibbi yardımdan məhrum olub - Statistika 

Ermənistanda minlərlə xəstə (sağalması mümkün olmayan xəstələrin əzabının qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi - red) palliativ tibbi yardımdan məhrum olub.

Bu barədə ”Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Qeyd edilir ki, Ermənistanda əhalinin sıx məskunlaşdığı iki vilayətdə - Şirak və Loridə - bu cür xidmətlər ümumiyyətlə göstərilmir, bir sıra yerlərdə - xidmətlərin bir hissəsi ödənişlidir. Ölkənin bəzi vilayətlərində palliativ yardım ümumiyyətlə göstərilmir, hamı üçün əlçatan deyil. Xəstələrin əksəriyyəti habelə lazım olan opioidləri almır.

Xərçəng xəstələrinin maraqlarını və hüquqlarını müdafiə edən, həmçinin palliativ yardım haqqında ictimaiyyəti məlumatlandırmaq üçün kampaniya aparan “Enaran” Fondunun təsisçisi Ripsim Martirosyanın sözlərinə görə, Ermənistanda bu cür xidmətləri ödənişli, eləcə də pulsuz əsaslarla göstərən 31 qurum və xidmət var.

"İki vilayətin (Şirakda 230,5 min, Loridə 211,6 min nəfər sakin yaşayır) əhalisini nəzərə alsaq, sual yaranır ki, onların sağalmaz xəstələrə yardım göstərməsinə nə mane olur? Ya yerli tibb mərkəzləri bunu etmək istəmir, ya da problem buradadır", - o deyib.

Gümrü Tibb Mərkəzinin baş həkimi Armen Xaçatryan isə “Sputnik Ermənistan”a bildirib ki, hazırda xəstəxana bu xidməti göstərə bilmir, çünki regionda müvafiq kadr və ya infrastruktur yoxdur, ümumiyyətlə heç vaxt olmayıb: "İlk növbədə, bina məsələsini həll etmək, həm lisenziya almaq, həm də kadr hazırlamaq lazımdır. Bu, çox çətin və baha başa gəlir".

Agentlik Ermənistanın Səhiyyə Nazirliyindən hansı rayonların sakinlərinin palliativ yardım ala biləcəyi, dövlət sifarişi əsasında hansı xidmətlərin göstərildiyi və bu yardıma neçə nəfərin ehtiyacı olduğu barədə məlumat tələb etsə də, nazirlik informasiya verməkdən imtina edib. Qurumdan qeyd olunub ki, belə statistika ümumiyyətlə yoxdur.

Səhiyyə Nazirliyindən qeyd olunub ki, BMT-nin Narkotiklər üzərində Nəzarət Komitəsi ötən il Ermənistan üçün opioidlər üçün 12,5 kq kvotanı təsdiqləyib, lakin bundan cəmi 2 kiloqramı istifadə edilib.

“Rəqəmlərlə yanaşı, canlı nümunə də var. Gümrü şəhər sakini 80 yaşlı L.K. bir neçə ay ağrıdan əziyyət çəkib, lakin heç bir dərman qəbul etməyib və lazımi kömək almayıb”, - agentlik bildirib.

“Amma “Enaran” Fondu Ermənistanda hər gün 3 600 xəstənin palliativ müalicəyə ehtiyacı olduğunu hesablayan məlumatlara malikdir. Üstəlik, onların 40 %-i (1 440 nəfər) xərçəng xəstəsidir və pasiyentlərin cəmi 500-ü İrəvanda, qalanları regionlarda yaşayır ki, bu da palliativ yardıma çıxışı çətinləşdirir. Hər gün orta hesabla 3 370 nəfər (palliativ yardıma ehtiyacı olanların 93,7%-i) ağrıdan əziyyət çəkir”, - “Sputnik Ermənistan” vurğulayıb.

Poliqon.info


Etiket: Tibbi yardım


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar