Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan yenidən diqqəti regiona yönəltmək üçün hansı təxribatlara əl ata bilər?..

Qarabağ ərazisində erməni silahlı birləşmələrinin mütəmadi fəallaşması düşmən ölkənin yeni planlardan xəbər verir...

Siyasi-şərhçi: “Ermənilər sərhəddə atəşkəsi belə tez-tez pozmaqla sülh sazişinin ömrünü uzatmağa nail olacaqlarını düşünürlər, yəni azərbaycanlılarla bir yerdə heç cür yaşaya bilmərik”.

“Xristian dünyasının əsas diplomatik silahlarından sayılan BMT-də biz günlər öncə nəticəni gördük”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Ermənistan əl çəkmədiyi təxribatçı addımlarını Poliqon-a şərh edərkən qeyd edib.

Sərhəddə və Qarabağ ərazisində erməni silahlı birləşmələrinin mütəmadi fəallaşması düşmən ölkənin yeni planlardan xəbər verirmi? Eyni zamanda baş verənlər BMT TŞ-də iddiaları təmin olunmayan ermənilərin “humanitar fəlakət” şousu bir nəticə verməyincə, Ermənistanın yenidən diqqəti regiona yönəltməsi üçün böyük hərbi təcavüz şousu yaratmaq imkanlarını necə dəyərləndirmək olar?

Azərbaycan-Ermənistan münasibətlərinin son vəziyyətini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Yeni müharibə sadəcə ermənilərin dəhşətli nəticələrə səbəb olacaq məğlubiyyət ola bilər”.

Azərbaycanın regionda yeni reallıqlar yaratdığını xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bəzi hədəflərimizə çatmamışıq, amma çox yaxınıq, bunu da düşmənlər yaxşı bilirlər:

“Ermənistan tərəfin fəallaşması dedikdə, “Dəmir Yumruq” üçün darıxıblar desək daha doğru olardı. Azərbaycanın əli gicişir, bu dəfə onların təpələrinə elə bir zərbə endiriləcək ki, dövlətçiliklərinin taleyi şübhə altına düşəcək. Onların nə planı ola bilər ki? II Qarabağ savaşında darmadağın olan, bir ölkənin forpostu sayılan, Qərbin güc mərkəzlərində oturmağa qucaq axtaran bir ölkə sadəcə ağalarının dedikləri, verdikləri sifarişlə hava çala bilər.

Bir sözlə onların qatarları mənzil başına çatmadan Vətən müharibəmizdə sıradan çıxarılıb. Sadəcə BMT Təhlükəsizlik Şurasında aldıqları zərbədən növbəti dəfə nakauta düşüblər. Erməni cəmiyyəti şokdadır, xüsusilə, Təhlükəsizlik Şurasında Rusiyadan aldıqları zərbədən sonrai erməni əhalisinin qəlbinə soyuq duş səpmək üçün ara-sıra sərsəm xəyallara düşürlər. Bu da çox davam edə bilməz. Davam edərsə belə, döyüş meydanında ermənilər növbəti dəfə Şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilərək, ömürlük qəflət yuxusuna gedəcəklər. Bu dəfə rinqdə olan ağalarının-hakimlərinin fiti işə yaramayacaq. Nə qədər gec deyil, ağıllarını başlarına yığmalıdırlar, ziyanın yarısından qayıtmaq da xeyirdir.

Cavanşir Abbaslı: “Yeni savaş sadəcə Azərbaycanın işinə yarayar. Qarabağda yarım qalan bəzi hədəflərimiz var, onu tamamilə başa çatdırmaq üçün ermənilərin müharibə ssenariləri bizim maraqlarımıza uyğundur”.

Xristian dünyasının əsas diplomatik silahlarından sayılan BMT-də biz günlər öncə nəticəni gördük. Qardaş Türkiyənin yer aldığı bütün platformalarda ermənilər məğlubiyyətə, məhkumdur. Artıq dünya əvvəlki dünya deyil, regiondakı reallıqlarda əvvəlki kimi deyil. Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bəzi hədəflərimizə çatmamışıq, amma çox yaxınıq, bunu da düşmənlər yaxşı bilirlər. Sadəcə belə kiçik şoularla vaxt uzatmağa cəhdlər edirlər.

Hərbi təcavüz məsələsinə gəlincə, bir gözəl xalq məsələmiz var “oğru ilə bağırdı ki, doğrunun bağrı yarıldı”. Dünyada hər kəs Ermənistanı təcavüzkar bir ölkə kimi tanıyır, hətta düşmənləri belə. Sadəcə xristian təəssübkeşliyi dünyada daha güclü olduğu üçün onların da işlərinə yarayır.

Ermənilər bir də sərhəddə atəşkəsi belə tez-tez pozmaqla sülh sazişinin ömrünü uzatmağa nail olacaqlarını düşünürlər, yəni azərbaycanlılarla bir yerdə heç cür yaşaya bilmərik. Bunun da ən gözəl cavabını Azərbaycan Ali Baş Komandanı verib. Yaşamaq istəməyən çıxıb gedə bilərlər. Artıq bütün kozurlarını Ermənistan oynayıb. Bir sözlə narahatçılığa heç bir əsas yoxdur. Yeni müharibə sadəcə ermənilərin məğlubiyyəti ola bilər. Həm də bu savaş sadəcə Azərbaycanın işinə yarayar. Qarabağda yarım qalan bəzi hədəflərimiz var, onu tamamilə başa çatdırmaq üçün ermənilərin müharibə ssenariləri bizim maraqlarımıza uyğundur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar