Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan yeni XİN başçısının keçmişi haqda ilginc məlumatlar: "maşın alverçisi","qaçaqmalçı"...

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan barəsində qalmaqallı məlumatlar yayılıb.

PİA.az xəbər verir ki, məlumatları “Novosti Armeniya” yayıb.

Argentinada ispan dilində çıxan “Laseptima” jurnalının 2008-ci ilin yanvar sayında “Diplomatik qaçaqmal” başlıqlı yazı o vaxtkı səfir Ara Ayvazyanın avtomobil alveri ilə məşğul olması barədədir. Bildirilib ki, Nigeriya, Pakistan, Çili, Mərakeş, Boliviya və Belarusdan olan 13-ə yaxın diplomatla birlikdə Ara Ayvazyan bahalı avtomobillərin alverini edib. Onlar vergidən yayınmaq üçün avtomobilləri qaçaqmalçılıq yolu ilə gətirərək, özəlləşdirirmişlər. Bu cinayəti törətməkdə Ara Ayvazyan və o biri diplomatlar diplomatik toxunulmazlıq və pasportdan istifadə edirmiş.

Bildirilib ki, Ayvazyan 1996-cı ildə Ermənistan Xarici İşlər Nazirliyində işə qanunsuz yolla təyin olunub.

Argentinada da səfir işlədiyi zaman hazırladığı hesabatda erməni iş adamı, milyader Eduardo Ernekyan barəsində böhtan və yalan yazaraq Xarici İşlər Nazirliyini gülünc vəziyyətdə qoyub.

Bundan başqa iddia edilir ki, aprelin 23-də ermənilərin saxta tarixi günü ərəfəsində Türkiyənin Argentinadakı səfirinin dəvətini qəbul edib və türk səfirlə bir yerdə oturub, yeyib-içib.

Başqa bir qalmaqallı məlumat isə onun sürücüsü ilə bağlıdır. Argentinada səfir işləyən vaxt sürücü səfirliyin seyfindən pul oğurlayıb. Ancaq Ayvazyanın qohumu olduğu üçün sürücü cəzalandırılmayıb.

Məlumata görə, Ara Ayvazyan Qarabağla bağlı danışıqlardan xəbərsizdir.

Qeyd edək ki, Ara Ayvazyan 1969-cui il martın 30-da Yerevanda anadan olub. 1993-cü ildə Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini, 1994-cü ildə Livanın paytaxtı Beyrutda Siyasətşünaslıq fakültəsini bitirib. 1994-1996-cı illərdə Ermənistan XİN Avropa departamentinin ikinci attaşesi, 1996-1997-ci illərdə Ermənistanın Argentinadakı səfirliyində ikinci katib, 1999-2006-cı illərdə Ermənistanın Argentina, Çili və Urqvay üzrə səfiri işləyib. Nazir təyinatınadək Ar Ayvazyan müxtəlif ölkələrdə səfir, nazir müavinin vəzifələrində çalışıb.

2020-ci il noyabrın 18-də Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə xarici işlər naziri təyin olunub. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

Xəzərin suyu çəkildi - Sumqayıt tərəfdən elə şeylər aşkarlandı ki ... - Video

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

“Azərlotereya”ya bu qədər “toçka” açmağa kim və necə icazə verir? – Dövlət çətiri altında özbaşınalıq…

Rus deputat: Niderlanda nüvə zərbəsi endirək, Avropa diz çökəcək

Ağdamda altı yaşayış binasının tikintisinə başlanılır

Bayden Avropanın Rusiyanın təsiri altına düşməsindən qorxur...

Prezident su təsərrüfatı və meliorasiya işçilərini təltif edib - Siyahı

Mikayıl Müşfiqin olduğu iddia edilən qalıqlar üzərində analiz yekunlaşdı

Ən çox oxunanalar