Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan XİN rəhbəri: Hazırda Azərbaycanla sülhün əldə edilməsi üçün imkan var

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesindən danışıb...

APA xəbər verir ki, Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-ErmənistanErmənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən deyib ki, Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqları davam etdirirlər.

“Ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsi üçün bu prosesi davam etdiririk”, - erməni nazir əlavə edib.

XİN rəhbəri “tərəflər arasında bir sıra problemlərin olduğunu, lakin bunlardan bəziləri üzrə Azərbaycanla razılıq əldə edildiyini” diqqətə çatdırıb.

Mirzoyan iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və regional kommunikasiya xətləri ilə bağlı iki önəmli məsələdə tərəflərin yanaşmasının fərqli olduğunu vurğulayıb.

Erməni nazir Berlində azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi danışıqlara da toxunub. O, Ceyhun Bayramovla yeni görüşün tarixinin hələlik müəyyən olmadığını diqqətə çatdırıb.

Mirzoyan Ceyhun Bayramovla davamlı təmasda olduğunu bildirib və ən yaxın zamanda yeni görüşün tarixinin müəyyən olunacağına ümidini ifadə edib.

“Hazırda həqiqətən sülhün əldə edilməsi üçün imkanımız var”, - Mirzoyan bəyan edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ən çox oxunanalar