Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan parlament seçkilərinə görə təxribat törədir”


“Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən cəbhədə yeni təxribatlar törədilib və Xocavənd Füzüli istiqamətində Azərbaycan silahlı qüvvələrinin əlverişli mövqelərinin ələ keçirilməsinə cəhd edilib. Bu, Ermənistanın siyasi təxribatlarının davamıdır”


Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

O,  bildirib ki, Ermənistanın təxribatlarının ardı-arası kəsilmir.
 
“Belə ki, bu il fevral ayının 20-də  Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz referendumlar keçirərək siyasi təxribata yol verildi.

İndi də Ermənistanın siyasi təxribatları hərbi təxribatlarla davam etdirilir. Burada məqsəd danışıqlar prosesinin substantiv məsələlərlə həllinə imkan verməmək, mövcud “status-kvo”nu gücləndirmək və xüsusilədə Xocalı soyqrımının 25-cil il dönümündə Ermınistanın üzərinə məsuliyyətdən beynəlxalq ictimaiyyətin  diqqətini yayındırmaqdır.

Bundan başqa da Ermənistanda gözlənilən parlament seçkiləri ərəfəsində hakim rejimin itirilmiş nüfuzunu və sosial bazasını gücləndirməyə xidmət edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, cəbhədə bu cür gərginliklərin yaranmasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur.

Ona görə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəfələrlə bəyan etdiyi kimi mövcud “status-kvo”nun dəyişdirilməsi  və vəziyyətin sabitləşdirilməsi regionda davamlı sülhün təmin olunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. Bu BMT Təhlükəsizlik Şurasının da məlum qətmamələrinin tələbidir. Cəbhədə yaranmış vəziyyət bilavasitə Ermənistanın təhriki və təxribatı ilə baş verib, bu məsələyə görə məsuliyyət Ermənistanın siyasi rəhbətliyinin üzərinə düşür”.
 
pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar