Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına başladığını elan edib

Paşinyan: Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası aktiv mərhələyə daxil olur...

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi aktiv fazaya daxil olur.

Poliqon xəbər verir ki, bu məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan “1Lurer” telekanalına müsahibəsində bildirib.

“Ümumilikdə və konkret olaraq Ermənistan Respublikasına münasibətdə demarkasiya və demarkasiya nə deməkdir? Bu, gedib Ermənistan Respublikasının başladığı yeri tapmaq deməkdir. Onun harada başlayıb, harada bitdiyini biz hamımız bilirik, siz məndən yaxşı bilirsiniz”, deyə Baş nazir Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə səfəri zamanı qeyd edib.

Paşinyan vurğulayıb ki, bu hərəkətlər nəticəsində xüsusi komissiyalar Ermənistan Respublikasının haradan başlayacağına qərar verməli olacaqlar və bu, dövlət sərhədinə çevrilməlidir. Baş nazir əlavə edib ki, Yerevan bu prosesə “müharibənin qarşısını almaq” üçün başlayıb.

Xatırladaq ki, martın 7-də iki ölkənin Baş nazirinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi ErmənistanAzərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti, yeddinci iclası keçirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar