Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan-Azərbaycan Sülh Platformasının iştirakçılarıbəyanat yayıblar


Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma iştirakçıları bəyanat yayıblar


Bəyanatda deyilir:

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım məqsədilə 2016-cı ilin dekabrın 6-da ErmənistanAzərbaycan arasında Sülh naminə Platforma yaradılıb. Platforma münaqişənin sülh nizamlanmasına töhfə vermək istəyən AzərbaycanErmənistan vətəndaşlarının təşəbbüsüdür.

Platformanın yaradılması təşəbbüsü beynəlxalq ictimaiyyətin marağına səbəb olub, habelə münaqişə edən ölkələrin ictimai rəyində böyük rezonans doğurub. Bir çox tanınmış ekspert bu təşəbbüsü yüksək qiymətləndirib və bu sülhməramlı təşəbbüsünü münaqişənin sülh nizamlanması prosesində önəmli rolunu qeyd edib. Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və iki ölkənin vətəndaş cəmiyyətinin fəalları Platformaya qoşulmaq və Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülhün bərqərar olunmasında iştirak etmək niyyətini ifadə ediblər. Bu bir daha onu sübut edir ki, Ermənistanla Azərbaycan arasında Platformanın yaradılması bu məqsədlərin əldə edilməsi üçün vaxtında atılmış addım olub.

Lakin bu sülhməramlı təşəbbüsü dəstəklədiklərini bəyan edən erməni ictimai xadimləri və sülh carçıları Ermənistan hökuməti və hüquq-mühafizə orqanlarının ciddi təzyiqinə məruz qalıblar. Azərbaycan mətbuatında sülh təşəbbüsünə dəstəklə bağlı açıq bəyanatından dərhal sonra Dağlıq Qarabağda gənc şairə Lusine Nersisyan müvəqqəti saxlanılıb. Bundan əlavə İrəvanda digər vətəndaş fəalı – Azərbaycan hakimiyyətindən siyasi sığınacaq almaq məqsədi ilə müraciət edən Armen Virabyanın qohumları görünməmiş təqiblərə məruz qalıblar. Təqib və təzyiqə həmçinin İrəvandan olan fəal Tamella Arzumanyan və ABŞ-dan olan yazıçı Anna Paytyan, habelə onların qohumları məruz qalıblar.   

Yuxarıda qeyd olunanlara əsaslanaraq, ErmənistanAzərbaycan arasında Sülh naminə Platforma adından beynəlxalq ictimaiyyəti aşağıdakıların həyata keçirilməsi üçün səyləri artırmağa çağırırıq:

ErmənistanAzərbaycan arasında Sülh naminə Platformaya dəstəyi ifadə edən erməni fəallara qarşı repressiya və təzyiqlərin qarşısının alınması;

Dağlıq Qarabağda yaşayan gənc yazıçı Lusine Nersisyana qarşı təqiblərin dayandırılması;

Almaniyada yaşayan vətəndaş fəalı Armen Virabyanın ailə üzvlərinə və yaxınlarına təzyiqlərin dayandırılması;

Gənc fəal Tamella Arzumanyan və onun ailə üzvlərinin sıxışdırılmasının dayandırılması;

ABŞ-da yaşayan yazıçı Anna Paytyanın ünvanına səslənən təhdidlərin dayandırılması;

İki ölkənin sıravi vətəndaşlarının, ictimai fəalların, QHT-lərin Platformaya qoşulmasının təşviq edilməsi.

Müraciəti Ermənistan tərəfindən hüquq müdafiəçisi, yazıçı Vaqe Avetyan, “Ermənistanın Milli Azadlıq Hərəkatı” ictimai birliyinin lideri Vaan Martirosyan, jurnalist, “Meridian” ictimai birliyinin sədr müavini Süzan Caqinyan, Ermənistan Yazıçılar İttifaqının üzvü Vaaqn Karapetyan, vətəndaş fəalları Anait Sinanyan, Armen Karapetyan və Tamella Arzumanyan, Azərbaycan tərəfindən isə Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev, Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov, jurnalist, “İctimaiyyətlə əlaqələrin inkişafına dəstək”  ictimai birliyinin sədri Şəlalə Həsənova, “Dilarə Əliyeva adına Azərbaycan qadınlarının hüquqlarının müdafiəsi Cəmiyyəti”nin sədri Novella Cəfərova, vətəndaş fəalı Pərvanə Məmmədova, Azərbaycan Jurnalistlər İttifaqının sədr müavini Rasim Ağayev və Avrasiya Press Beynəlxalq Fondun sədri Umud Mirzəyev imzalayıblar.  (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ən çox oxunanalar