Erməni tərəfi Aİ müşahidəçiləri üşün sərhəddə alçaqcasına təxribat səhnələri qururlar…
Ermənistana dəvət olunmuş avropalı müşahidəçilərin hərəkət marşrutundan xəbərdar olan Ermənistan Silahlı Qüvvələrinin komandanlığı həmin yerlərdə alçaqcasına təxribata əl atırlar. Belə ki, müşahidəçilərin hərəkət planlarından xəbərdar olan erməni həri komandanlığı bundan istifadə edirlər. Ermənistan komandanlığı müşahidəçilərin əraziyə gəlməsindən qısa müddət öncə öz əsgərlərinə Azərbaycan mövqelərini atəşə tutmağı əmr edirlər. Təbii ki, Azərbaycan tərəfi də buna cavab verir və müşahidəçilər əraziyə gəldikdə Azərbaycan tərəfinin ermənilərə atəş açdığını görür və bunu qeyd edirlər.
PİA.az xəbər verir ki, belə bir məlumatla “Ududaka” Teleqram kanalı məlumat yayıb. Kanal yazır ki, ermənilər belə ucuz təxribatlardan “30 illik atəşkəs dönəmində” də mütamadi olaraq istifadə ediblər.
Qeyd edək ki, Avropa İttifaqının mülki müşadiçiləri sərhədin ancaq Ermənistan tərəfində müşahidə aparırl.
pia.az