Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin olduğu təyyarə Bakıya endi


Yanvarında 8-də Çin hava yolları şirkətinə aid, Pekin-Tbilisi reysi ilə uçan sərnişin təyyarəsi Bakıda qəza enişi etməli olub


Həmin təyyarənin göyərtəsində beş erməni sərnişin olub ki, onlardan üçü Ermənistan vətəndaşıdır.

Oxu.Az xəbər verir ki, bu barədə Tert.am xəbər saytı təyyarənin sərnişini İda Mnasakanyana istanədən xəbər verir.

Erməni sərnişinlərdən birinin beş yaşlı uşaq olduğu bildirilir.

“Üç gün əvvəl Pekin-Tbilisi reysi ilə uçan təyyarə səmada bir neçə dəfə dövrə vurdu. Ekipaj üzvləri dedilər ki, dumanlı hava şəraiti ilə əlaqədar eniş edə bilmirlər. Sonradan təyyarə Bakıda eniş həyata keçirdi”, - deyə həmin sərnişin bildirib.

“Bizə Bakı aeroportunun əməkdaşı yaxınlaşıb bildirdi ki,  bizim erməni olduğumuzdan xəbəri var və  pasportlarımızı təyyarədə qoyub neytral zonaya keçməyə çağırdı. Biz də onun dediyi kimi etdik. Uşağın və həyat yoldaşımın pasportlarını  təyyarədə saxladıq, mən isə öz pasportumu götürdüm, belə ki, mən və övladım ABŞ vətəndaşlarıyıq. Bakı aeroportunda 12 saat qaldıq. Bizə ayrılan yerdə ancaq ermənilər var idi”, - deyə sərnişin əlavə edib.  

Mnasakanyan bildirib ki, Bakıdan Ermənistan XİN mətbuat katibi Tiqran Balayanla dərhal əlaqə saxlanılıb, o isə Vaşinqtonu erməni əsilli ABŞ vətəndaşlarının Bakı aeroportunda olduğu barədə xəbərdar edib.

Qeyd edək ki, təyyarə qəza enişindən 12 saat sonra Tbilisiyə qayıdıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar