Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər qorxudan stadiona girmirdilər” - Aqil Abbas Xankəndidə

Bu gün 14:00-da Xankəndi stadionunda "Qarabağ"la MOİK arasında oyun olacaq. Tarixi qarşılaşmanı Əli Əliyev idarə edəcək...

Bu oyun olduqca böyük rəmzi məna daşıyır. Çünki bu, Qarabağ işğalda ikən onun adını dünyaya çıxaran komanda ilə həmin əraziləri düşmən tapdağından azad edən ordunu təmsil edən komandanın oyunudur.

Oyunu izləməkə üçün minlərlə azarkeş Xankəndiyə gedib. Onların arasında bir sıra tanınmış adamlar da var.

Modern.az hazırda Xankəndidə olan Milli Məclisin deputatı Aqil Abbasla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında deputat Aqil Abbas işğaldan əvvəl də Xankəndidə çox olduğunu bildirib.

O deyir ki, oyunun keçirildiyi stadionda üç dəfə olub:

"Şəfəq" komandası ilə oyun olub. Ağdamdan çox sayda azerkeş gəlirdi. Xankəndidəki azərbaycanlılar da oyuna baxırdılar. Ermənilər qorxularından stadiona girmirdilər. İndi də azad Xankəndidə komandalarımız oyun keçirir. Bundan xoş gün olar? Allah Ali Baş Komandanı var eləsin! Möhtərəm İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımız azad olub. Hər yerdə Azərbaycan bayraqları dalğalanır. Şəhidlərimiz bu günü bizə yaşatdılar. Allah onlara rəhmət eləsin! “Qarabağ” komandası azad “Qarabağda” oynayır. Bundan gözəl nə ola bilər?!"

Deputat oyunda "Qarabağ" komandasını dəstəklədiyini bildirib:

"Təbii ki, mən “Qarabağ”ı tuturam. Oyundur, Allah hər iki komandaya kömək olsun. Kim udar-udar. Əsas odur ki, belə bir oyun Qarabağda keçirilir. Hər bir halda qalib Azərbaycandır".

A.Abbas bu gün Xankəndiyə getmək üçün dünən Şuşada qaldıqlarını söyləyib:

"Dünən biz Şuşa hotelində qaldıq. Elə hotel tikiblər ki, heç Avropada yoxdur. Çox səliqəli, təmtəraqlı yerdir. Mən Avropada çox hotellerdə, xüsusilə 5 ulduzlu olanlarda qalmışam. Belə səviyyədə hotel görməmişəm. Təbii ki, Avropada "Hilton" hotel var. Amma bunun adı "Şuşa"dır. Sevimli aktyorumuz Fəxrəddin Manafovla, Rəşad müəllimlə (Rəşad Məcid - red.) Şuşada gəzdik. Sonradan onları yalnız qoydum. Yuxarı çıxmaq çətindir. Onlar piyada düşdü. İndi isə Xankəndiyə gedirik".

Aqil Abbas son olaraq qeyd edib ki, Yeni ildən sonra Qarabağda jurnalistlərə qonaqlıq verəcək.

Poliqon.info


Etiket: Aqil Abbas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar