Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər KTMT-dən əlini üzdü

Ermənistanın siyasi rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təşkilatından əlini üzüb.

Yenisabah.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Savaraş Köçəryan jurnalistlərlə söhbətində KTMT-yə müraciət etməyin hələ tez olduğunu bildirib. “Ermənistanın sərhəd ərazilərinin Azərbaycan tərəfindən atəşə tutulmasını təcavüz kimi qiymətləndirmək və bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmək hələ tezdir”, - deyə o qeyd edib.

Nazir müavinin bu açıqlaması rəsmi İrəvanın Qarabağda alovlanan müharibənin miqyasını böyütmək cəhdlərinin iflasa uğramasından xəbər verir.

Sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Hərbi əməliyyatların ilk günlərindən Ermənistan Türkiyənin münaqişədə iştirakı, Azərbaycanın Ermənistan ərazilərinə təcavüz etdiyi barədə bəyanatlar verərək Rusiya və KTMT-nin prosesə müdaxiləsinə çalışıb. Lakin İrəvanın bu cəhdlərinə Kremldən yox cavabı verilib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskvanın Ermənistanın qarşısında öhdəlikləri olsa da, müharibə Azərbaycan ərazisində gedir. Bundan sonra Ermənistan Azərbaycanın münaqişə ocağından kənarda yerləşən şəhər və rayonlarını atəşə tutmaqla Bakını İrəvanı vurmağa təhrik edib. Ermənistanın hiyləsini başa düşən Azərbaycan bu oyuna getməyərək İrəvanın hərbi cinayətlərinə döyüş meydanında, yəni, Qarabağda cavab verib.

İndi erməni tərəfinin KTMT-yə müraciət etməyin tez olduğunu söyləməsi maraqlıdır. Görünür, İrəvan artıq baş düşüb ki, münaqişənin miqyasını böyütmək, bölgədəki maraqlı ölkələri üz-üzə qoymaq mümkün deyil. Ona görə də KTMT-yə müraciət edilməməsini bu cür izah etmək məcburiyyətində qalıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar