Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər işğal zamanı əsir və girov götürdüyü azərbaycanlılardan necə istifadə edib? 

Əsir və girov götürülmüş Azərbaycan vətəndaşları Ermənistan cəmiyyətində nifrət hissinin artırılması məqsədi ilə mülki əhalinin ixtiyarına verilərək meydanlarda nümayişkaranə şəkildə alçaldılıb və təhqir ediliblər...

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən açıqlanmış sənədlərə istinadən qeyd etmək lazımdır ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına nəinki qeyri-insani münasibət göstərilib, onlar hətta bir sıra müxtəlif məqsədlər üçün istifadə olunublar.

Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırladığı hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları Ermənistan cəmiyyətində nifrət hissinin artırılması məqsədi ilə mülki əhalinin ixtiyarına verilərək meydanlarda nümayişkaranə şəkildə alçaldılıb və təhqir ediliblər.

"Onlar xüsusən zərərli istehsal sahələrində qul kimi istifadə olunublar, “erməni soyqırımı”nın anım günlərində və döyüşlərdə həlak olmuş terrorçu-quldur dəstəsi üzvlərinin və Ermənistan əsgərlərinin məzarı üzərində qurban kəsiliblər, işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə, vandalizm aktlarında istifadə ediliblər, bir-birinə qarşı fiziki və qeyri-əxlaqi əməllər törətməyə təhrik ediliblər və s.", - hesabatda bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar