Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Azərbaycana eşşək əti göndərib - Eyyub Hüseynov

Keçmiş SSRİ zamanı Azərbaycanın qida rasionundakı ətin növləri arasında eşşək əti də olub...

“Keçmiş SSRİ xalqlarının qida rasionunun siyahısı hazırlanarkən ermənilərin təşəbbüsü ilə azərbaycanlıların qida rasionuna eşşək əti də salınıb. Bununla da ermənilər dünyaya azərbaycanlıları “eşşək əti yeyən xalq” kimi təqdim etməyə çalışıblar”.

Poliqon Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov bildirib.

O əlavə edib ki, “SSRİ-də qida məhsullarının növü və qiyməti” adlı kitab 1963-cü ildə SSRİ Nazirlər Sovetinin tövsiyəsi ilə nəşr olunub:

“Burda bir vacib məqamı qeyd edim ki, o zaman qatı millətçi Anastas Mikoyan SSRİ dövlətində əsas simalardan biri idi. Və yəqin ki, bu da Anastasın növbəti “xidməti” idi.

Xatırlatmaq istəyirəm ki, keçmiş SSRİ-də planlı iqtisadiyyat vardı. Nəinki hər müttəfiq respublikanın, hətta ən xırda yaşayış məntəqəsi üçün də proqnozlar hazırlanırdı. O cümlədən də bölgələrdəki insanların məşğulluğu, ehtiyacı və qida rasionu da dəqiq hesablanırdı”.

Əyyub Hüseynov onu da əlavə edib ki, bu kitabda SSRİ daxilində, habelə bu ittifaqın təsiri altında olan dövlətlərin qida rasionundakı ətin növləri göstərilib:

“Eyni zamanda burada ətin keyfiyyəti və qiymətləri barədə də məlumatlar yer alıb. Siyahıya nəzər saldıqda görünür ki, yalnız Azərbaycanda eşşək əti yeməli ət kimi göstərilib.

Sözügedən kitab ermənilər tərəfindən tərtib olunub. Bu da mənfur qonşumuzun uzun illər ölkəmizə qarşı apardığı məkrli siyasətdən xəbər verir. Bu fakt həm xalqımızı aşağılamaq məqsədi daşıyıb, həm də keçmiş SSRİ-də eşşək ətinin Azərbaycana tədarük edilməsinə istiqamət verib. Bildiyimiz kimi o zamanlar bir çox ərzaqlar, o cümlədən ət məhsulları talonla verilirdi və donmuş şəkildə olurdu. Donmuş ətin mənşəyini isə sadə vətəndaş müəyyən edə bilməzdi. Belə faktlar bizə düşmənimizi daha yaxından tanımaq imkanı verir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar