Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni hüquqşünas: Bakının qara siyahısına düşənlər üçüncü ölkələrdə saxlanıla bilər

"Bakının qara siyahıya daxil etdiyi şəxslərin üçüncü ölkələrdə saxlanılması və sonradan Azərbaycana ekstradisiya edilməsi mümkündür"...

Poliqon xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə mütəxəssis Siranuş Saakyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

"Bakı bunu ikitərəfli əsasda edə bilər, bu mümkündür”, deyə Saakyan əlavə edib.

Bu kontekstdə o, misal kimi Belarus hakimiyyəti tərəfindən Azərbaycana təhvil verilən israilli bloger Aleksandr Lapşinin saxlanmasını göstərib.
2017-ci ilin fevralında Lapşin Azərbaycanın tələbi ilə Minskdə saxlanılıb. O, Azərbaycan hakimiyyətinin razılığı olmadan Qarabağa səfər etdiyi üçün onu qara siyahı salınmışdı. salıb. Lapşin 7 ay Azərbaycan həbsxanasında yatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi onu cinayətkar qruplaşmanın tərkibində Azərbaycanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib, 3 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra bloger Azərbaycana ekstradisiya edilib. Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin sentyabrında onun əfv edilməsi haqqında sərəncam imzalayıb, bundan sonra Lapşin İsrailə aparılıb.

Bir müddət əvvəl "Reuters" agentliyi yüksək rütbəli diplomata istinadən məlumat vermişdi ki, Azərbaycanda müxtəlif cinayətlərdə ittiham olunaraq saxlanmasını istədiyi Qarabağdan olan təxminən 200 erməninin siyahısı var. Azərbaycanın Türkiyədəki səfiri isə bildirmişdi ki, Bakı 300-dək cinayətkarın siyahısını təqdim edob.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Nazpəri Dostəliyeva: “Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim” - Video

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Ən çox oxunanalar