Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni diasporasının Trampa təsir gücü və Dağlıq Qarabağ

Politoloq: “Ermənistan rəhbərliyinin və diasporasının Tramp adminstrasiyası ilə münasibətləri çərçivəsində digər prezidentlərin prezidentlərin adminstrasiyalarına təsir etmək gücünü müqayisə edərsək, görərik ki, hazırda erməni lobbisinin Trampa təsiri daha azdır. Çünki prezident seçkilərində erməni diasporası əsasən Klintona dəstək verirdi”


Rusiya yalnız bir halda regionumuzda dominantlığını itirə bilər ki, ya bu dövlət dağıla və ya Rusiyada inqilab yolu ilə dövlət çevrilişi baş vermiş olsun”.

Bu sözləri politoloq Əhəd Məmmədli PİA.AZ-a açıqlamasında qeyd edib.

Bəzi analitiklərin fikrincə digər ABŞ prezidentlərinin adminstrasiyasına təsirləri ilə müqayisədə erməni lobbisinin Tramp adminstrasiyasına təsiri daha azdır. Dağlıq Qarabağ məsələsində Tramp adminstrasiyasının Azərbaycanın mövqeyini müdafiə etməsi ilə bağlı fikirlər də ara-sıra səsləndirilir. Ermənistan rəhbərliyinin və diasporasının Tramp adminstrasiyası ilə əlaqələri barədə nə demək mümkündür? Bu əlaqələr doğurdanmı Obama və Buş adminstrasiyaları ilə əlaqələrə nisbətən daha zəifdir?

Bu iddialarda həqiqət payı varsa, ABŞ-ın mövqeyinin dəyişməsində hansı səbəblər rol oynayır və Rusiyanın ABŞ-ın təzyiqi ilə münaqişənin həllində dominat rolunu bu və ya digər şəkildə itirməsi nə qədər mümkündür? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib

Image result for Əhəd Məmmədli

Əhəd Məmmədli: “Rusiya Qarabağ məsələsində istənilən halda dominantlığını itirməyəcək”.


Rusiyanın Qarabağ münaqişəsində dominantlığının hər zaman mövcud olacağını vurğulayan politoloq Əhəd Məmmədliyə görə, indiki durumda erməni tərəfinin ABŞ-a təsiri aşağı səviyyədədir və bu, Azərbaycan üçün əlavə şanslar yaradır:

“Əvvəla onu deyim ki, ABŞ həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Yəni, bu yenilik deyil. Sadəcə olaraq ABŞ-Rusiya qarşıdurması aspektində Tramp administrasiyasının birdən-birə Azərbaycana tərəf referans etməsi başa düşüləndir və Azərbaycan tərəfi də ABŞ-ın bu dəstəyindən maksimum istifadə etməyə çalışmalıdır. 

Ümumilikdə, Ermənistan rəhbərliyinin və diasporasının Tramp adminstrasiyası ilə münasibətləri çərçivəsində digər prezidentlərin prezidentlərin adminstrasiyalarına təsir etmək gücünü müqayisə edərsək, görərik ki, hazırda erməni lobbisinin Trampa təsiri daha azdır. Çünki prezident seçkilərində erməni diasporası əsasən Klintona dəstək verirdi. AzərbaycanABŞ- dakı diasporamız bu amildən istifadə etməlidir. Lakin təəssüf ki, biz bundan düzgün şəkildə istifadə etmirik. Ümumiyyətlə, diaspora siyasəti Azərbaycanın ən zəif nöqtələrindən biridir. 

Rusiyanın dominantlığına gəlincə, Rusiya Qarabağ məsələsində istənilən halda dominantlığını itirməyəcək. Rusiya yalnız bir halda regionumuzda dominantlığını itirə bilər ki, ya bu dövlət dağıla və ya da Rusiyada inqilab yolu ilə dövlət çevrilişi baş vermiş olsun. Yəni, Rusiyanın başı sırf öz daxili işlərinə qarışdığı halda o dominantlığını itirə bilər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ən çox oxunanalar