Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erkin Qədirli müəllimlərin maaşlarının 50% endirilməsini təklif edib?

Milli Məclisin deputatı Erkin Qədirli barəsində səsləndirən fikirlərə münasibət bildirib.

PİA.az-ın xəbərinə görə, E.Qədirli deyib ki, son illərdə barəsində hər cür yalan eşitməli (oxumalı) olub.

"Siçan dərmanından tutmuş, Lukaşenkonu dəstəklədiyimə qədər. Arada Brüsselə gedib Mehriban Əliyevanı tərifləməyim, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə görüşməyim və s. yalanlar da olub. Hamısını boş verir, onları yayanları bağışlayıram. Amma Milli Məclisdə müəllimlərin maaşlarını 50% endirməyi təklif etməyimi uyduranları bağışlamayacağam. Mən müəllim də olmuşam (indiki pulla saatı 20 qəpiyə dərs demişəm), işsiz də olmuşam (üst-üstə 9 il), pulsuz da qalmışam (2 il), o dərəcədə ki, dostların yardımı olmasaydı, necə yaşayacağımı bilməyəcəkdim. İndi mənə qarşı emosional şantaja keçənlərin vicdanı qalsın bir qırağa, bunların heç ağlı da yoxmuş. Mənim haqqımda belə bir şeyi (müəllimlərin maaşını azaltmağı) necə güman edə bilirlər? Nə isə... Tələsən yerimiz yoxdur. Yaxşı işlər yavaş görülür" - deputat qeyd edib.(pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ən çox oxunanalar