Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Yaxın Şərqdə çox mürəkkəb bir düyün yarandı...

Bu gün Yaxın Şərqdə baş verənlər ümumilikdə, Yaxın Şərqdə sülh əldə etmək prosesinə necə təsir edəcək?..

Siyasi-şərhçi: “İndiki yeni dünya düzəni formalaşdığı bir dönəmdə Yaxın Şərqdə hər şeyin rahat, hamar gedəcəyini yəqin ki, heç kəs düşünmürdü”.

“Dövlət Katibi məhz Entoni Blinken də onu nəzərdə tutur ki, əslində hədəf İsrail-Səudiyyə münasibətləri deyil. Hədəf Hindistan-Yaxın Şərq iqtisadi dəhlizinin qarşısını almaqdır”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Yaxın Şərqdə baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

HƏMAS-ın İsrailə total hücumu və İsrail ordusunun hazırlıqsız yaxalanması ümumilikdə Yaxın Şərqdə gedən proseslərə necə təsir edəcək? ABŞ-ın Dövlət Katibi Entoni Blinken bildirib ki, bu hücumun məqsədi İsraillə Səudiyyə Ərəbistanının sülh sazişi bağlamasının qarşısını almaqdır. Bu gün Yaxın Şərqdə baş verənlər ümumilikdə, Yaxın Şərqdə sülh əldə etmək prosesinə necə təsir edəcək və bu hücum regionda hansı geosiyasi dəyişikliyə səbəb ola bilər?

İsrail və Fələstin arasında baş verən toqquşmaları Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Türkiyə bu prosesi nizamlaya bilərsə, İsraillə HƏMAS arasında atəşkəsə və münaqişənin dərinləşməsinin qarşısını almağa nail olarsa, bu Türkiyənin bir daha qlobal proseslərdə və özəlliklə də regional proseslərdə rolunun olduğunu göstərəcək”.

Bu işdə Türkiyənin vasitəçiliyinə ABŞ-ın maraqlı olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, bu günkü mərhələdə nələrin baş verəcəyini söyləmək isə çətindir:

“Yaxın Şərqdə gərginlik gözlənilən idi. Yaxın Şərqdə gərginliyin olmayacağını demək çox yumşaq, qeyri-ciddi yanaşma olardı. Çünki Yaxın Şərq həmişə qlobal siyasətdə hədəf olub. Bu səbəbdən də indiki yeni dünya düzəni formalaşdığı bir dönəmdə Yaxın Şərqdə hər şeyin rahat, hamar gedəcəyini yəqin ki, heç kəs düşünmürdü. Hər kəs gözləyirdi ki, zərbə haradan dəyəcək. Aydın məsələdir ki, bölgədə sınanmış bir münaqişə ocağı var və bu İsrail-Fələstin münaqişəsidir. Zərbə də elə oradan vuruldu. Əgər sınanmış, işlək bir model varsa, yenisini icad etməyə ehtiyac yoxdur. Belə də oldu.

Ümumilikdə, Yaxın Şərqdə bunun təsiri nə olacaq?Təbii ki, müharibə risklərini artırır. İndi müharibə olmasını istəməyən dövlətlər çalışır ki, bu qarşıdurma böyük miqyas almasın. Amma unutmayaq ki, bunun tam əksini istəyənlər də var. Bu mənada hər şey mümkündür.

Səudiyyə Ərəbistanı-İsrail münasibətlərində təkcə iki ölkə arasındakı münasibətlərdən söhbət getmir. Bildiyimiz kimi Hindistan Dehlidə keçirilən G-20 sammitində Yaxın Şərq dəhlizi haqqında memorandum, niyyət protokolu imzaladı. Bu layihəyə qoşulan dövlətlər arasında Avropa Birliyi, Fransa, İtaliya və Almaniya olmaqla üç Avropa ölkəsi, ABŞ, İsrail, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və nəhayət Hindistan var. Burada faktiki olaraq ziddiyyət yalnız iki ölkə arasındadır. Səudiyyə Ərəbistanı fələstin məsələsinin həllinə görə İsraillə diplomatik əlaqələrin qurulmasını təxirə salıb. Bu barədə danışıqlar oldu, amma proses davam etmədi.

Ərəstun Oruclu: “İndi müharibə olmasını istəməyən dövlətlər çalışır ki, bu qarşıdurma böyük miqyas almasın. Amma unutmayaq ki, bunun tam əksini istəyənlər də var”.

Dövlət katibi məhz Entoni Blinken də onu nəzərdə tutur ki, əslində hədəf İsrail-Səudiyyə münasibətləri deyil. Hədəf Hindistan-Yaxın Şərq iqtisadi dəhlizinin qarşısını almaqdır. Bunun üçün kifayət edirdi ki, o iki dövlər arasında olan ziddiyyətləri bir qədər də dərinləşdirsinlər. Çünki məhz Səudiyyə Ərəbistanı İsrailə iradını Fələstin məsələsi ilə bağlı bildirmişdi. Prosesi həmin nöqtədən də vurdular.

Bundan sonra nəyin olacağı, bəlkə də, ən çətin sualdır. Çünki heç kim bilmir ki, İsrail hansı miqyasda əks addımlar atacaq. Çünki İsrailə qarşı törədilmiş bu cinayətə qarşı - son məlumatlara görə 750 nəfər həlak olub və bunların mütləq əksəriyyəti də mülkü əhlidir - adekvat cavab tədbirləri görməlidir. Bu da digər tərəfdən vəziyyəti bir qədər də gərginləşdirməyə maraqlı olan tərəfləri hərəkətə gətirə bilər. Məsələn sabah Hizbulla məsələyə qoşula bilər. Hansı ki, Hizbulla hərbi gücünə, hazırlığına, təminatına, hərbi təchizatına görə HƏMAS-dan bəlkə də on dəfələrlə güclüdür. Bundan əlavə Hizbullanın İsrailə iki istiqamətdə hücum etmək şansı var. Yəni Hizbulla həm Livandan, həm də Suriyadadır.

Yaxın Şərqdə çox mürəkkəb bir düyün yarandı. İndi o faktiki olaraq qlobal siyasi proseslərin müqəddaratını həll edəcək. Burada hansı addımların atılacağını, hansı praktiki maraqlara söykənən qərarlar veriləcəyini söyləmək çox çətindir. Buna görə də, bu gün ABŞ Dövlət Departamenti müxtəlif ölkələrlə məsləhətləşmələr aparır. Bu ölkələr əsasən Səudiyyə Ərəbistanı, Türkiyə və Misirdir. Bu məsələdə atəşkəsə, girovların və əsirlərin mübadiləsinə, münaqişənin ən azı bu mərhələsində dayandırılmasına çalışırlar.

Ərəstun Oruclu: “Məsələn sabah Hizbulla məsələyə qoşula bilər. Hansı ki, Hizbulla hərbi gücünə, hazırlığına, təminatına, hərbi təchizatına görə HƏMAS-dan bəlkə də on dəfələrlə güclüdür”.

Burada da məsələ asan deyil. Məsələn Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı HƏMAS-ın hərəkətlərini pisləməkdən imtina ediblər. Türkiyə neytral mövqedədir. Misir nisbətən neytral mövqedədir. Düşünürəm ki, indi Türkiyənin üzərinə böyük bir yük düşür. Türkiyə bu prosesi nizamlaya bilərsə, İsraillə HƏMAS arasında atəşkəsə və münaqişənin dərinləşməsinin qarşısını almağa nail olarsa, bu Türkiyənin bir daha qlobal proseslərdə və özəlliklə də regional proseslərdə rolunun olduğunu göstərəcək. Bu Türkiyə üçün tarixi bir şansdır. Bu həm də Yaxın Şərq üçün tarixi bir şansdır.

Dünən bu barədə ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub. Belə görünür ki, bu işdə Türkiyənin vasitəçiliyinə ABŞ maraqlıdır. Bu günkü mərhələdə nələrin baş verəcəyini söyləmək isə çətindir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Dünyada İlk : İnsan 1-ci tip şəkərli diabetdən sağaldı

İlham Əliyev: Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar