Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Putin Azərbaycana qarşı təhdid planlarının anonsunu verdi...

Putin bildirib ki, əvvəl Qərb Azərbaycanı “silkələmək” istəyirdi. Amma sonra Rusiyanı seçdi...

Siyasi-şərhçi: “Putinin bu bəyanatı əslində, bir təhrikçi bəyanatdır. Putin çalışır var gücü ilə Azərbaycanı öz cənginə keçirsin və onu Qərbə qarşı qoysun”.

“Görünən odur ki, Rusiya Azərbaycanı tam olaraq öz tərəfinə keçirmək, özünün alətinə çevirmək və bölgədə Azərbaycandan öz geosiyasi maraqları üçün istifadə etmək planını reallaşdırır”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Putinin Azərbaycanla bağlı verdiyi son bəyanatı Poliqon-a şərh edərkən qeyd edib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin hərbiblogerlərlə görüşündə Azərbaycandakı daxili siyasi vəziyyətlə bağlı sensasion bəyanatla çıxış edib. Putin bildirib ki, əvvəl Qərb Azərbaycanı “silkələmək” istəyirdi. Amma sonra Rusiyanı seçdi.

Rusiya prezidentinin bu bəyanatını nə qədər inandırıcıdır və Qərbin Azərbaycana qarşı hansısa dağıdıcı planının olmasına ehtimal vermək olar?

Rusiya prezidentinin növbəti təxribatçı addımını Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Qərbin Azərbaycanda hər hansı bir fəaliyyət həyata keçirmək üçün resursları yoxdur. Bunu etiraf etmək lazımdır”.

Rusiya prezidentinin Azərbaycana birmənalı şəkildə onların tərəfinə keçmə mesajını verdiyini düşünən ekspert bildirib ki, Putin belə olmasa, ölkəni qarışdıracaqlarını və bunu da Qərbin üzərinə atacaqları mesajını da verdi:

“Putinin bu bəyanatı əslində, bir təhrikçi bəyanatdır. Putin çalışır var gücü ilə Azərbaycanı öz cənginə keçirsin və onu Qərbə qarşı qoysun. Rusiya prezidentinin bu bəyanatı da təsadüfi deyil. Artıq bir neçə müddətdir Azərbaycan mediasına bu tipli müxtəlif məlumatlar atılır. Qərbin müxtəlif donor təşkilatları, o cümlədən ABŞ-ın UASE adlanan beynəlxalq inkişaf agentliyinin ilə bağlı Azərbaycan mətbuatında yazılar gedir. Dünən də NED-lə bağlı mətbuatda yazılar yazıldı.

Görünən odur ki, Rusiya Azərbaycanı tam olaraq öz tərəfinə keçirmək, özünün alətinə çevirmək və bölgədə Azərbaycandan öz geosiyasi maraqları üçün istifadə etmək planını reallaşdırır. Qərbin Azərbaycanda hər hansı bir fəaliyyət həyata keçirmək üçün resursları yoxdur. Bunu etiraf etmək lazımdır.

Ərəstun Oruclu: “Rusiya prezidentinin bu bəyanatı da təsadüfi deyil. Artıq bir neçə müddətdir Azərbaycan mediasına bu tipli müxtəlif məlumatlar atılır”.

2014-2015-ci illərdə vətəndaş cəmiyyətinə qarşı başlanan repressiyalar son nəticədə bu qurumların böyük bir hissəsinin dağıdılmasına, digərlərinin hökümətin tərəfinə keçməsinə, üçüncülərin ölkədən çıxmasına, dördüncülərin imitasiyon fəaliyyətə keçməsinə və nəticədə həm də Qərb donor təşkilatlarının fəaliyyətinin hüququ məhdudlaşdırılmasına gətirib çıxardı.

Hər hansı bu cür prosesi həyata keçirmək üçün resurslar lazımdır. Bir daha təkrar edim ki, Qərbin də Azərbaycanda resursları yoxdur. Mən düşünürəm ki, əslində Putin Azərbaycana qarşı təhdid planlarının anonsunu verdi. Bu daha inandırıcıdır. Rusiya prezidenti bir tərəfdən Azərbaycana mesaj verir ki, birmənalı şəkildə onların tərəfinə keçməlidir. İkinci mesaj da odur ki, belə olmasa, ölkəni qarışdıracağıq və bunu da Qərbin üzərinə atacağıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Ən çox oxunanalar