Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəblərin yaşadığı evə basqın edənlər tutuldu

Hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb

Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar. Hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər.

Hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən 4 nəfər tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar