Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Qərb liderləri ilə yaxınlaşması Rusiyada şok effekti yaradıb...

Türkiyə ilə yaxşı münasibətləri geosiyasi valyuta kimi istifadə edən Rusiyada Ərdoğanın Qərb liderləri ilə daha yaxın münasibətlərə keçə biləcəyi şoka düşüb...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Putinin Türkiyə lideri ilə yaxın əlaqələri Rusiyaya Qərbin sanksiyalarını aşmaq imkanı verir. Digər tərəfsdən isə Kremlin təbliğat maşını Ərdoğanla yaxın əlaqələrinə görə Rusiya prezidentini güclü dostları olan dünya lideri kimi təqdim edir.

Lakin potensial olaraq daha narahatedici mesaj Ukraynanın Türkiyənin “T-155 Fırtına” özüyeriyən haubitsalarını alacağını gözləməsidir. WP qeyd edir ki, Ankara hələ ki, bu transferi təsdiqləməyib.

“Ancaq Türkiyə özüyeriyən artleriya silahlarını Ukraynaya təhvil verərsə, bu, Türkiyənin siyasətində dəyişikliklərin baş verdiyi anlamına gələcək”, deyə WP yazır.

Analitiklərin fikrincə, Ərdoğanın hesablamaları yüksək inflyasiya, lirənin ucuzlaşması və digər ölkələrə ixracın azalması ilə bağlı iqtisadi böhranın aradan qaldırılmasına əsaslanır. Amma Türkiyənin üzünü Qərbə çevirdiyini, şəraitə uyğunlaşmadığını söyləmək hələ tezdir.

Digər analitiklər Türkiyənin addımlarının taktiki ola biləcəyini düşünürlər. Moskva əmindir ki, Ərdoğanın Qərbin qlobal hökmranlığına qarşı çıxmaq istəyi həmişə Rusiya üçün kozır olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Ən çox oxunanalar