Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan 5 iri şəhərdən 4-də uduzacaq? – Sorğunun nəticələri

Məlum olduğu kimi, sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək

İndidən isə gözlər Türkiyənin iri şəhərlərinə – Ankara, İstanbul, İzmir, Bursa və Antalyaya yönəlib.

Bu şəhərlərdə Ərdoğan-Baxçalı birliyi (Cumhur ittifaqı) ilə Kılıçdaroğlu-Akşenerin ittifaqı (“Millət”) arasında çox gərgin rəqabət gedəcəyi gözlənilir.

Türkiyə mətbuatının məlumatına görə, adıçəkilən şəhərlərdə “Mediar” Araşdırma Mərkəzi 11 gün sosioloji sorğu aparıb.

Aydın olub ki, 5 iri şəhərin 4-də Ərdoğanla Baxçalının ittifaqı məğlub olur, yalnız bir şəhərdə – İstanbulda qələbə qazana bilirlər: “Sorğunun nəticələrinə görə, İstanbulda “Cumhur” İttifaqının namizədi Binəli Yıldırım səslərin 46.12 faizini qazanacaq. Onun əsas rəqibi olan “Millət”in namizədi Əkrəm İmamoğlu isə səslərin 43.36 faizini götürəcək. İstanbulda seçicilərin 9.42 faizi isə kimə səs verəcəyini hələ müəyyənləşdirmədiyini deyib”.

Şirkətin açıqlamasına görə, paytaxt Ankarada isə vəziyyət fərqlidir. Belə ki, “Cumhur”un namizədi Mehmet Özhaseki 42.86 faiz səslə “Millət”in namizədi Mənsur Yavaşa uduzacaq. Anketlərə görə Yavaşın 45.06 faiz səs alacağı gözlənilir.

İzmirdə də “Millət”in böyük üstünlüklə qələbə qazanacağı iddia olunur. Sorğunun nəticələrinə əsasən, bu şəhərdə “Millət”in namizədi 56.20 faiz səslə 37.96 faiz səs alması gözlənilən “Cumhur”un namizədini məğlub edəcək.

Bursa da “Millət”in namizədinin 45.13 faiz səslə qalib olacağı bildirilib.

Ankara, izmir və Bursa ilə yanaşı, xarici işlər naziri Mövlud Çavuşoğlunun doğulduğu Antalyada da Ərdoğanın namizədinin uduzacağı qeyd edilib. Sorğunun nəticələrinə görə, Antalya seçicilərinin 45.52 faizi “Millət”ə, 44.92 faizi isə “Cumhur” İttifaqına səs verəcək. (Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar