Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Enerji içkiləri uşaqları öldürə bilər



“Red Bull”, “Jaguar” və bu kimi digər enerji içkiləri uşaqların ölümünə səbəb ola bilər


Amerikanın Ürək Dərnəyi enerji içkilərinin zərəri ilə bağlı bu cür rəsmi xəbərdarlıqla çıxış edib və həmin müraciəti Ümumdünya Səhiyyə Təşkilatına göndərib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış səhiyyə qurumu adıçəkilən içkilərin ürək-damar xəstəliklərinə səbəb olması ilə bağlı açıqlama yayıb.

Araşdırmalardan bəlli olub ki, enerji içkiləri 6 yaşına qədər uşaqlar üçün əks göstərişlidir.

2010-2013-cü illərdə 5 min nəfər 5-18 yaşlı uşaqlar nəzarətdə saxlanılıb. Həkimlər enerji içkilərindən sonra onlarda ürək döyüntülərinin sürətləndiyini, təzyiqin artdığını müşahidə ediblər.

Araşdırmaya qatılan Miçiqan Uşaq Xəstəxanasının baş həkimi Steven Lipshultz uşaqların enerji içkilərindən istifadəsinə qəti qadağa qoyulmasını təklif edib.

Tərkibində yüksək şəkər, kofein olan içkilər ürək xəstəliyi olan yaşlılar üçün də təhlükəli qiymətləndirilib.

Ümumdünya Səhiyyə Təşkilatı da tərkibində natrium benzoat, kofein və amin turşusu kimi maddələr olan içkilərin təhlükəli ola biləcəyini qəbul edib.

Amerikalı mütəxəssislər iddia edirlər ki, tərkibinə müxtəlif qatqılar qatılan enerji içkilərinin istehsalından və geniş yayılmasından sonra ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı sürətlə artıb.

Qeyd edək ki, bu içkilər Azərbaycan bazarında da satılır. Azərbaycanda onların rəsmi satış distribütoru “Cahan Holdinq”dir.

Artıq Türkiyədə enerjili içkilərin satışının qadağan edilməsi ilə bağlı mətbuatda təkliflər səsləndirilir. Azərbaycanda isə bu içkilərdən daha çox gənc nəsil istifadə edir. 

Məsələ sosial şəbəkədə də müzakirəyə çıxarılıb. Sosial şəbəkə istifadəçiləri məktəb şagirdlərinin enerji içkilərindən istifadə etməsinə qarşı çıxıb: “Məsələn, “Jaguar” içkisinin tərkibində 9 faiz spirt var. Pivədən də çoxdur spirt! Ancaq o, Bakıda məktəblilər arasında dəhşətli dərəcədə geniş yayılıb. Qiyməti “Red Bull”dan ucuz olduğu üçün (1 manatdır) hətta 4-5-ci sinif şagirdləri də onları vəhşi kimi sümürürlər. Birinə dedim içmə, olmaz, dedi atam icazə verir”.

Kardioloq Rafiq Həsənov virtualaz.org saytına bildirib ki, enerji içkilərinin əsas təhlükəsi onların siqaret kimi asılılıq yaratmasıdır: “Enerji içkilərindən sonra ürək döyüntülərinin sürətlənməsi, qan təzyiqinin artması təbii ki, ürəyin yüklənməsi ilə nəticələnə bilər. Araşdırmaçılar hətta bu içkilərin siqaretdən daha təhlükəli olduğunu sübut edən faktlar ortaya qoyurlar. Enerji içkiləri insan beynində oyanıqlığa səbəb olur. Sübut olunub ki, bu içkilərdən istifadə edənlər yaddaş dağınıqlığından, yuxusuzluqdan şikayətlənirlər”.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar