Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən fağır nazirin İtaliyada lüks oteli üzə çıxdı – Fotolar

Keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun İngiltərə, Çexiya, Almaniya, Avstriya, Kipr, Latviya və Türkiyədəki çoxsaylı şirkətləri, otelləri artıq mediaya məlumdur

“Yeni Sabah” xəbər verir ki, bu keçmiş nazirin varidatının hamısı deyilmiş. Onun İtaliyanın paytaxtı Romada daha bir dəbdəbəli oteli üzə çıxıb.

Araşdırmaçı jurnalist Cavanşir Hədənli yazır ki, otel “Baghirova in Rome” adlanır. Otelin sahibəsi Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovadır.

Jurnalist bildirib ki, tikilinin xüsusi özəlliyi var: “Otelin yerləşdiyi bina 1555-ci ildə inşa olunub və keçmişdə saray olub. İtaliyanın məşhur PALAZZO CARTONİ sarayı. Belə binaların tarixə böyük önəm verən Avropada dəyəri on milyonlarla ölçülür.

PALAZZO CARTONİ Romanın tarixi binalarla əhatə olunmuş hissəsində yerləşir. Otelin otaqları da klassik üslub hazırlanıb və bahalı rəsmlərlə, dekorasiyalarla bəzədilib. Günlük qonaqlama bir nəfər üçün 129 dollardan başlayıb”.

Qeyd edək ki, H. Bağırov hər zaman Azərbaycanda özü haqqında “ən kasıb, ən sadə” nazir imici formalaşdırmağa nail ola bilmişdi. Hətta onun işə piyada gəlib getməsi, korrupsiyaya bulaşmaması haqda əfsanələr dolaşırdı…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar