Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən çox vakant yer ibtidai sinif müəllimliyi üzrə olacaq

“Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə üçün 500 nəfərə yaxın namizəd qeydiyyatdan keçib”

Bunu müəllimlərin işə qəbulu ilə bağlı keçirilən brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.

E.Bağırov qeyd edib ki, növbəti mərhələ test imtahanı mərhələsi olacaq ki, bu da 8-24 iyul aralığında keçiriləcək. Daha sonra müvafiq vakansiya yerlərini seçən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Test imtahanı mərhələsində namizədlərə 40-ı ixtisasa, 10-u kurikuluma, 10-u məntiqə aid olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

Şöbə müdiri bildirib ki, ən çox ibtidai sinif müəllimliyi ilə bağlı vakant yerlər olacaq.

Eşqi Bağırov eyni zamanda qeyd edib ki, ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə 51 minə yaxın namizəd qeydiyyatdan keçib. Bu il də müəllim işləmək istəyənlərin sayının həmin rəqəmə yaxın olacağı gözlənilir.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Ən çox oxunanalar