Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən çox gəlir qazanan telefon istehsalçıları açıqlandı

“Counterpoint” şirkəti 2018-ci ilin ikinci rübü üçün smartfon istehsalçılarının gəlirlərinə həsr edilən hesabat dərc edib

Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ötən il olduğu kimi, “Apple” şirkəti dünya smartfonlar bazarının lideri olub. Belə ki, ümumi gəlirin 62 faizi ABŞ istehsalçısının payına düşür.

İkinci yerdə 17 faiz paya malik “Samsung” şirkəti qərarlaşıb. Maraqlıdır ki, satılmış smartfonların sayına (ədəd) görə “Samsung” “Apple” şirkətini üstələyir. Lakin, gəlir baxımından “Apple” ilk yeri tutub.

Sonrakı yerlərdə Çinin “Huawei”, “OPPO”, “Vivo” və “Xiaomi” şirkətləri qərarlaşıb. Çin istehsalçılarının ümumi gəlirləri birlikdə toplandıqda onlar 20 faiz payla ikinci yerə çıxırlar. Onlar ilk dəfə olaraq rüb ərzində ümumilikdə 2 milyard dollardan çox qazanc əldə ediblər.

Eyni zamanda liderlər - “Apple” və “Samsung” şirkətlərinin payının azalması maraq doğurur. Qeyd edilən Çin şirkətlərinin payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Ən çox oxunanalar