Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd olunacaq

Xalq artistinin yubileyi keçiriləcək...

Dekabrın 16-da Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçiriləcək.

Axşam.az xəbər verir ki, Yubiley gecəsində Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alaniya), Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak edəcəklər. Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Qeyd edək ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında və xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırıb.

pia.az

 


Etiket: Əminə Dilbazi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar