Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Süleymanov Avropa Xalq Partiyasına məktub yazıb


Azərbaycanın Avronest-də Nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov Avropa Xalq Partiyasının sədri Cozef Daula, baş katibi Antonio Lopez-İsturizə, Avropa Parlamentində EPP Qrupunun sədri Manfred Veberə, Avropa Parlamentində EPP Qrupunun baş katibi Martin Kampa məktub yazıb


PİA.AZ modern.az saytına istinadən onun müraciətini təqdim edir:

Hörmətli Prezidentlər, hörmətli Baş Katib,

Sizə hazırda Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası Qrupunun üzvü və Azərbaycanın Avropa Parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olan Azərbaycan Respublikası Parlamentinin üzvü qismində yazıram. EPP üzvü və Azərbaycanda EPP dəyərləri və fikirlərinin təşviqatçısı kimi, digər üzv - AP deputatı cənab Frank Engelin rəftarı və bəyanatlarını diqqətinizə çatdırmaq və təəssüfümü bildirməyi özümə borc bilirəm.

Lüksemburqda EPP nümayəndə heyətinə rəhbərlik edən cənab Engel bu yaxında Avropa Parlamentində qondarma “Dağlıq Qarabağ Qrupu”na rəhbərlik etmək barədə qərar verib. O, öz hərəkəti ilə həmin ərazilərin qondarma hakimiyyətini dəstəklədiyini, eləcə də AP deputatlarının və Avropalı siyasətçilərin həmin əraziyə səfərlərini təşkil etdiyini və bundan sonra da edəcəyini açıq-aydın bəyan edir.

Bir neçə faktı qeyd etməliyik. Dağlıq Qarabağ Azərbaycanın digər yeddi rayonu ilə birlikdə iyirmi ildən artıqdır ki, Ermənistan qoşunları tərəfindən hərbi işğal edilib. İşğal dünyanın bütün beynəlxalq təşkilatları tərəfindən pislənib və bu qondarma rejim dünyanın heç bir dövləti tərəfindən tanınmayıb.

Azərbaycan ərazisində formalaşdırılmış bu qeyri-legitim rejimə hazırda o ərazini işğal altında saxlayan Ermənistan hərbi hissələrinin köməyi ilə səfər cinayət sayılır. Ölkənin ərazi bütövlüyünün bu şəkildə pozulmasına kömək və ya hətta bunun təşviqi ən azı beynəlxalq hüququn, eləcə də EPP Partiyası və Qruplarının prinsiplərinin pozulması halı hesab edilməlidir. Bu, Ukraynada böhranın davam etdiyi bir vaxtda Cənubi Qafqazda münaqişə və müharibənin təşviqi kimi başa düşülə bilər.

Cənab Engel Dağlıq Qarabağı açıq şəkildə “demokratik respublika” adlandırıb. Bu ərazi Ermənistanın faktiki olaraq zorakı təcavüz və 1992-ci il Xocalı soyqırımı kimi qırğınlar vasitəsilə təsis etdiyi hərbi eksperimentidir.

Mən EPP-nin üzvü kimi, belə açıq mühakiməni və rəftarı sırf partiyanın və Avropanın müxtəlif institutlarındakı strukturlarının müdafiə etdiyi bütün dəyərlərin kobudcasına pozulması hesab edirəm. Cənab Engelin Avropa Parlamentində Lüksemburq nümayəndə heyətinin rəhbəri vəzifəsindən müharibəni, ərazi işğalını təşviq etmək və qırğınları və insan hüquqları pozuntularını adiləşdirmək üçün istifadə etməsi məni qorxudur.

Sizdən cənab Frank Engeli dərhal məzəmmət etməyinizi və EPP ilə əlaqəli bütün strukturlardan çıxarmağınızı xahiş edirəm. Eyni zamanda EPP-nin özünü cənab Engelin verdiyi bəyanatlardan açıq şəkildə uzaq tutmasını və üzvlərini belə hərəkətləri dəstəkləməkdən çəkinməyə çağırmasını vacib hesab edirəm.

Biz həqiqətən inanırıq ki, bu tədbirlərin görülməməsi Azərbaycan Respublikasının Avropa ilə əlaqələrini təhlükəyə ata bilər. Bundan əlavə, bu, zorakı hərbi təcavüzə və digər ölkələrin ərazi bütövlüyünün pozulmasına dəstəyin göstəricisi hesab ediləcək. Bu, eyni zamanda Dağlıq Qarabağ təmas xəttində gərginliyin artmasını dəstəkləyə və Ermənistan tərəfdən gələcək təcavüzə razılıq kimi başa düşülə bilər.

Hörmətli sədrlər, cavablarınızdan çox şey asılıdır. Bu səbəbdən məktubuma vaxtında cavab verməyinizi xahiş edirəm. Xahiş edirəm nəzərə alın ki, sözlərim bütün, xüsusilə də EPP ailəsinə mənsub olan yaxud hazırda qoşulmaq istəyən azərbaycanlı siyasətçilərin fikirlərini təmsil edəcək.

Azərbaycanın Avronest-də Nümayəndə heyətinin rəhbəri
Azərbaycan Respublikası Parlamentinin üzvü


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Ən çox oxunanalar