Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: Rusiya yeni Priqojinə “hamilədir”...

Ukrayna dronları artıq Sankt-Peterburqdakı mərkəzlərə qədər məsafə qət edə bilir...

Politoloq: “Ukrayna tərəfindən hədəf seçilə bilən Rusiya şəhərlərinin sayı artandan sonra Rusiya yenidən Kiyev və Ukraynanın digər şəhərlərini raket atəşinə tutacaq”.

“Belə vəziyyətdə Kremlin sahibi Vladimir Putin müdafiə nazirinə əmr verəcək ki, Ukraynaya qarşı yeni həmlələr həyata keçirsin”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya və Ukrayna müharibənin indiki mərhələsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, buna qədər Ukraynanın gücü ancaq Rusiyanın sərhəddə yaxın Belqorod şəhərini hədəf almağa yetirdisə, hazırda hədəf seçilə bilən Rusiya şəhərlərinin sayı artıb. Ukrayna dronları artıq Sankt-Peterburqdakı mərkəzlərə qədər məsafə qət edə bilir.

Bu vəziyyət qarşıdan gələn prezident seçkilərində Putin üçün hansısa problemlər yarada bilərmi? Ümumiyyətlə, Rusiyadakı mövcud siyasi status-kvo bu ölkənin gələcəyi üçün nə vəd edir?

Mövzunu Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Belə vəziyyətdə Rusiya yeni Priqojinə “hamilədir”.

Rusiyanın Ukraynanın digər şəhərlərini raket atəşinə tutacağını proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd qeyd edib ki, Kreml bu yolla Rusiyanın işğalı altındakı Donetsk şəhərinin atəşə tutulması nəticəsində ölənlərin “intiqamını” Ukraynadan almağa çalışacaq:

“Ukrayna tərəfindən hədəf seçilə bilən Rusiya şəhərlərinin sayı artandan sonra Rusiya yenidən Kiyev və Ukraynanın digər şəhərlərini raket atəşinə tutacaq. Bu halda mülki insanlar arasında ölənlərin artacağını ehtimal etmək olar. Kreml bu yolla Rusiyanın işğalı altındakı Donetsk şəhərinin atəşə tutulması nəticəsində ölənlərin “intiqamını” Ukraynadan almağa çalışacaq.

Belə vəziyyətdə Kreml sahibi Vladimir Putin müdafiə nazirinə əmr verəcək ki, Ukraynaya qarşı yeni həmlələr həyata keçirsin.

Onu da qeyd edim ki, Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışdıqca itkiləri artır. Bu da Rusiyada müharibəyə qarşı olanların sayını artırır.

Prezident seçkiləri ərəfəsində isə Rusiyada gərginlik daha da artacaq. Hesab edirəm ki, prezident seçkilərindən sonra isə sosial vəziyyətin ağırlaşması fonunda etirazlar daha da güclənəcək. Ümumiyyətlə düşünürəm ki, belə vəziyyətdə Rusiya yeni Priqojinə “hamilədir””.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar