Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov maltalı həmkarı ilə görüşdü


Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb


2017-ci ildə Maltanın Avropa İttifaqına sədrlik edəcəyini nəzərə alaraq, tərəflər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi apardılar. Onlar iki ölkə arasında iqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu qeyd etdilər.

Azərbaycan-Ermənistan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov AzərbaycanErmənistan arasında qoşunların təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə maltalı həmkarına geniş məlumat verdi. Nazir əlavə etdi ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində “Azərbaycan Respublikasının hökuməti və Malta Respublikasının hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası hökuməti ilə Malta Respublikası hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Xarici işlər nazirliyi ilə Malta Respublikasının Xarici işlər nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Görüşdə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar