Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın planları pozuldu


Azərbaycan Ermənistanın oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqına üzv olmaq planlarını pozub


Virtualaz.org saytı xəbər verir ki, bu haqda Ermənistanın müxalif “Aykakan Jamanax” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Qazaxıstan XİN-in təmsilçiləri diplomatik kanallarla ErmənistanRusiyanı məlumatlandırıblar ki, ola bilsin oktyabrın 10-da Minskdə keçiriləcək görüşə qədər rəsmi Astananın Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə dair yekun mövqeyi hazır olmasın.

Məlumata görə, Qazaxıstan XİN bildirir ki, onların yekun mövqeyi ancaq oktyabrın 15-də hazır olacaq. Bu isə o deməkdir ki, Qazaxıstan oktyabrın 10-da Ermənistanın “Putin ittifaqına” daxil olmaq planlarını iflasa uğradacaq.

Xəbərdə bildirilir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü hazırlamaqla məşğul olan erməni diplomatları bundan təşvişə düşərək Rusiya XİN və Putin administrasiyasının nümayəndələri ilə məsləhətləşmələrə başlayıblar. Rusiyanın Prezident Administrasiyasından bildiriblər ki, onlar Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mövqeyindən narahat olublar. Kremldən deyiblər ki, Rusiya rəhbərliyi Ermənistanın oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqına üzvlüyünü təmin etməkdə qətiyyətlidir.

Xatırladaq ki, bu ilin yazında Avrasiya İttifaqının təsis olunduğu Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan etdi. Nazarbayev bildirdi ki, rəsmi Bakı Ermənistanın ittifaqa üzvlüyünün ancaq indiki sərhədləri çərçivəsində mümkün olduğunu bildirir. Nazarbayev digər sammit iştirakçılarını bu mövqeni diqqətə almağa çağırdı.

O zaman Nazarbayevin çıxışı Ermənistan prezidenti Serj Sərkisyanı möhkəm pərt etmişdi və sammiti izləyən jurnalistlər onun sifətinin necə əyildiyini görmüşdülər. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Ermənistan Avrasiya İttifaqına üzv olandan sonra işğal altında saxladığı Dağlıq Qarabağla öz arasında gömrük postu qoymalıdır.

Ermənistan hökuməti isə bildirir ki, sərhəddə gömrük postu qoymaq fikrində deyil. Doğrudur, Sərkisyan Ermənistanın ittifaqa Dağlıq Qarabağla birgə daxil olmasının mümkün olmadığını bildirib, ancaq sərhəddə gömrük postunun qoyulması məsələsi hələ açıq qalır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə Ermənistanın üzvlüyü məsələsində Azərbaycanın maraqlarını müdafiə edib və belə görünür ki, oktyabrın 10-da Sərkisyan Minskdə növbəti dəfə pərt olacaq və İlham Əliyevin diplomatiyasının daha bir zərbəsini üzərində hiss edəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar