Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Kərimli açıq təxribatla məşğuldur” - Aydın Mirzəzadə

“Xeyriyyə marafonu adı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər”

“Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli, partiyanın funksionerləri və fəalları ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər”.

PİA.az xəbər veri ki, bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Məsələyə münasibət bildirən millət vəkilinin sözlərinə görə, bunda əsas məqsəd qanunu pozmuş və buna görə də cəzalandırılmış şəxslərə bəraət qazandırmaq, cəmiyyətdə hüquq-mühafizə və məhkəmə sisteminə inamsızlıq formalaşdırmaqdır: “Əslində həmin şəxslər bilavasitə Əli Kərimlinin özünün təlimatı əsasında hüquq pozuntuları törədiblər, qanunsuz aksiyalar keçirməyə cəhd ediblər, polisin qanuni tələblərini yerinə yetirməkdən imtina edərək müqavimət göstəriblər və digər bu kimi əməllər törədiblər. İndi də Əli Kərimli hakimiyyət orqanlarına qarşı kampaniya təşkil edir, bu cəzaların əsassız olduğunu isbat etməyə çalışır. Onun bu fəaliyyətini yalnız süni şəkildə ictimai narazılıq, müqavimət hərəkatı formalaşdırmaq, cəmiyyətdə mövcud olan sabitliyi pozmaq cəhdi kimi səciyyələndirmək olar. Belə demək mümkündürsə, Əli Kərimli artıq sözdən əmələ keçərək açıq təxribatla məşğuldur”.

Həmsöhbətimiz bildirib ki, bu məsələnin maraqlı tərəfi Əli Kərimlinin pozucu fəaliyyətinin diqqətdən kənarda qalması, aidiyyəti orqanların buna heç bir reaksiya verməməsidir: “Hüquq mühafizə orqanları qanunu pozub aksiya keçirən insanı saxlyır və cəzalandırır. Lakin bunun təşkilatçısına qarşı heç bir tədbir görülmür. Artıq Əli Kərimli və onun kimi açıq təxribatları təşkil edənlərə “dur” deməyin vaxtı çatıb və aidiyyəti orqanlar bu təxribatların qarşısını daha təsirli metodlarla almalıdırlar”. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar