Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına rəsmi cavab


Ədliyyə Nazirliyi Penitensiar Xidməti Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına münasibət bildirib


Dünən musavat.com-da baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin lüks kamerya köçürülməsi ilə bağlı məlumat dərc edilmişdi.

Bu gün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Mehman Sadıqov musavat.com-la əlaqə saxlayaraq dərc edilmiş yazıya münasibət bildirib.

M.Sadıqov bildirib ki, nə Nail Allahverdiyevə, nə də digər məhbuslara həbsxanada xüsusi imtiyazla şərait yaradılmayıb yaradıla da bilməz.

Polkovnikin sözlərinə görə, istintaq təcridxanası beynəlxalq satandartlara uyğun inşa edilib və bütün kameralarda saxlama şəraiti eynidir: "Həmin kameralarda dustaqlara xüsusi imtiyazların göstərilməsindən söhbət gedə bilməz. Kameralar 2, 4 və 6 nəfərlikdir. Hər birində də şərait eynidir".

M.Sadıqov kameralarda televizor və kondisioner olması məsələsinə də münasibət bildirib:

"2008-ci ildə qanununvercilikdə dəyişiklik ediləndən sonra bütün kameralarda televizorlar quraşdırılıb. Kameralarda "ventilyator"a icazə verilsə də, kondinsionerdən söhbət gedə bilməz".

Bildirək ki, törətdiyi avtomobil qəzası ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olan Nail Allahverdiyev həbs edilib. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar