Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ələt azad iqtisadi zonası Azərbaycanda liberal iqtisadiyyatın formalaşmasına təkan verə bilər?

Məhəmməd Talıblı: “Bir ölkənin nəqliyyat kimi mühüm infrastruktur yaradılmamışdan öncə onun istehsal infrastrukturu yaradılmalıdır, sonra daşınması və loqistik dəstəyi təmin olunmalıdır”

Rəşad Həsənov: “Bu məsələdə Azərbaycan hökuməti siyasi iradə ortaya qoya bilərsə, son nəticədə xarici investorların bu sahəyə marağının olmaq ehtimalı var”.

Üç gün əvvəl prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.

Qeyd edək ki, Ələt limanın inşası və Ələt azad iqtisadi zonasının yaradılması Azərbaycan hökümətinin əsas iqtisadi strategiyalarından biri hesab olunur. Hazırda Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədər ciddi tədbirlər həyata keçirilir. İlk olaraq ərazinin bir neçə dəfə genişləndirilməsi nəzərdə tutulur. İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ərazinin genişləndirilməsində əsas məqsəd daha çox sərmayənin cəlb edilməsi, iş yerlərinin sayının artırılmasıdır. Bununla bağlı yaradılacaq işçi qrup siyahını müəyyən etdikdən sonra yaşayış yerləri və obyektlər digər ərazilərə köçürüləcək. Vüqar Bayramovun sözlərinə görə, obyektlərin siyahısı ilin sonuna kimi dəqiqləşə bilər. Bu prosesə xarici şirkətlərin də cəlb ediləsi mümkündür.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, əhaliyə veriləcək kompensasiyanın məbləği obyektlərin siyahısı dəqiqləşəndən sonra məlum olacaq.

Xatırladaq ki, bundan əvvəl isə Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verilib. Lakin Azərbaycan ərazisindən yükdaşımalarda əhəmiyyətli artım hiss olunmur. Ələt azad iqtisadi zonasının yaradılması Azərbaycanın İpək yolu layihələrində aparıcı rola sahib olmasına təmin edə və hər şeydən əvvəl liberal iqtisadi dəyərlərin formalaşmasına təkan verə bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspertlər Məhəmməd TalıblıyaRəşad Həsənova müraciət edib.

Məhəmməd Talıblı: “Bu işlər postneft dövründən öncə görülməli idi, sonra neft pulları gələn zaman infrastruktur yaradılmalmalı idi”.

İqtisadçı-ekspert Məhəmməd Talıblının isə Ələt azad iqtisadi zonasının gələcəyinə heç də nikbun baxmayıb. Ekspertin fikrincə Ələt azad iqtisadi zonası daha əvvəl yaradılmalıydı. Hazırda isə yükdaşımalar azaldığına görə bu azad iqtisadi zona effektiv fəalliyət göstərə bilməyəcək:

“Burada bir təzad var. Bizdə yükdaşımalar ona görə azalıb ki, əvvəlki investisiya və istehsal zəif olub. İnvestisiya zəif olduğu üçün yükdaşımalar zəif olub. Demək, bir ölkənin nəqliyyat kimi mühüm infrastruktur yaradılmamışdan öncə onun istehsal infrastrukturu yaradılmalıdır, sonra daşınması və loqistik dəstəyi təmin olunmalıdır. Bu işlər postneft dövründən öncə görülməli idi, sonra neft pulları gələn zaman infrastruktur yaradılmalmalı idi. Səbəb-nəticə uyğunsuzluğu və dialektik qaydaların düzgün müəyyən edilməməsi bu layihənin gələcəyini süual altında qoyur”.

Rəşad Həsənov: “Azad iqtisadi zonanın yaradılmasında əsas məqsəd Azərbaycanda daha liberal iqtisadi biznes mühitinin olduğu bir zonanın formalaşmasıdır”.

Ələt azad iqtisadi zonasının olması Azərbaycan iqtisadiyyatının digər sahələri və regionları üçün də müəyyən katalizator rolunu oynaya biləcəyini vurğulayan iqtisadçı-ekspert Rəşad Həsənov PİA.az-a açıqlamasında əlavə edib ki, burada həyata keçirilən liberallaşma sonradan digər bölgələrə yayıla bilər:

“Ələt azad iqtisadi zonasının təyinatı bir az fərqlidir. Əgər Ələt azad iqtisadi zonası nəzərdə tutulduğu səviyyədə inkişaf etdirilərsə, nəzərdə tutulan kimi formalaşdırıla bilərsə, xarici investorlar cəlb oluna bilərsə və orada ticarət mühiti tam liberal şərtlər daxilində formalaşdırıla bilərsə, bu zaman dövriyyə kifayət qədər genişlənəcək, yük daşımalara da kifayət qədər təsirini göstərəcək. Hər bir azad ticarət zonasına xas olduğu kimi Ələt azad iqtisadi zonasında da biz bənzər formada ticarət dövriyyəsinin genişlənməsini müşahidə edəcəyik. Bu Azərbaycana həm idxal, həm də ixrac istiqamətli olacaq. Son nəticədə də bütün bu proseslər məhz Bakı-Tiflis-Qars dəmir yolu da daxil olmaqla Azərbaycanın mövcud infrastrukturuna tələbi artıracaq və yükdaşımaların dövriyyə həcmi də aratacaq.

Amma azad ticarət zonasının əsas qayəsi nəqliyyat daşımalarının artırılması və buradan daxil olmaların artırılması deyil. Burada əsas məsələ Azərbaycanda daha liberal iqtisadi biznes mühitinin olduğu bir zonanın formalaşmasıdır ki, bu da Azərbaycana həm xarici investisiyanın axınını, həm də beynəlxalq təcrübənin daşınmasını təmin edə bilər. Sonradan isə Azərbaycan iqtisadiyyatının bütün sahələrində bu təcrübədən istifadə etmək olar.

Rəşad Həsənov: “Nəzərdə tutulduğu kimi Ələt azad iqtisadi zonasında biznes, fəaliyyət mühiti müasir azad iqtisadi zonaların konseptinə uyğun olaraq davam etdirilə bilərsə, Azərbaycanın İpək yolu layihələrində aparıcı rola sahib olmasını təmin etmək olar”.

Eyni zamanda Ələt azad iqtisadi zonasının olması Azərbaycan iqtisadiyyatının digər sahələri və regionları üçün də müəyyən katalizator rolunu oynaya bilər. Burada həyata keçirilən liberallaşma sonradan digər bölgələrə yayıla bilər. Bu da əlavə tələb formalaşdırır, iş-güc ehtiyacı yaradır və bütün bunlar iqtisadiyyatın sektorlarına ayrı-ayrılıqda öz təsirini göstərəcək.

Bir daha qeyd edim ki, əgər nəzərdə tutulduğu kimi Ələt azad iqtisadi zonasında biznes, fəaliyyət mühiti müasir azad iqtisadi zonaların konseptinə uyğun olaraq davam etdirilə bilərsə, Azərbaycanın İpək yolu layihələrində aparıcı rola sahib olmasını təmin etmək olar. Həmçinin burada mülkiyyət hüquqlarının qorunması, xüsusi məhkəmə rejimin yaradılması və s. kimi ciddi məsələlər var. Bu məsələlərdə Azərbaycan hökuməti siyasi iradə ortaya qoya bilərsə, son nəticədə xarici investorların bu sahəyə marağının olmaq ehtimalı var. Belələliklə də bu bütün sahələrə, o cümlədən qeyd etdiyimiz kimi nəqliyyat sektoruna müsbət təsir göstərə bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Foto

Ən çox oxunanalar