Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldəniz Əmirov: “İnflyasiyanı nəzərə alsaq, xərclərin 16.6 faiz artması çox deyil”

Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarı 16.6 faiz artıb...

İqtisadçı-ekspert: “Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarının artmasını kəskin hesab etmirəm”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarının artmasını Poliqon-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarı 16.6 faiz artıb. Belə kəskin artımın səbəbini nədir və istər istehlak, istərsə də xidmət qiymətlərinin artımının qarşısını almaq üçün hər hansı yol varmı?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “Əhalinin gəlirlərində olan artımlara, inflyasiyanın səviyyəsinə biz baxsaq görərik ki, 16.6 faizlik xərclərin artması təxminən gözləniləndir”.

Əhali gəlirlərinin 50 faizdən yuxarısını məhz ərzaq məhsullarına sərf etdiyini xatırladan ekspert Poliqon-a açıqlamaslnda vurğulayıb ki, ərzaq məhsulları üzrə olan infilyasiya da daha yuxarıdır:

Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarının artmasını kəskin hesab etmirəm. Çünki artım faizi 16.6 faizdir. Eyni zamanda infilyasiya da kifayət qədər yuxarı həddədir. Əlavə olaraq da, əhalinin gəlirlərində də müəyyən qədər artım var. Yəni, əhalinin gəlirlərində olan artımlara, inflyasiyanın səviyyəsinə biz baxsaq görərik ki, 16.6 faizlik xərclərin artması təxminən gözləniləndir.

Nəzərə almalıyıq ki, əhali gəlirlərinin 50 faizdən yuxarısını məhz ərzaq məhsullarına sərf edir. Ərzaq məhsulları üzrə olan infilyasiya da daha yuxarıdır. Məsələn, ötən il orta infilyasiya 13,9 faiz, ərzaq infilyasiyası isə 20 faizin üzərində olub. Əhali də xərclərinin böyük hissəsini ərzaq üçün istifadə etdiyindən ümumi nəticədə xərclərin artımı gözlənilən idi.

Buna görə də bir daha təkrarlayım ki, inflyasiyanı nəzərə alsaq, 16.6 faiz xərcin artması çox deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar