Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Namazovdan Ramiz Mehdiyevə sensasion ittiham – 100 dollarlıq titul

Azərbaycan Naminə İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi tənqid atəşinə tutub...

Eldar Namazov Ramiz Mehdiyevin Nyu-York Elmlər Akademiyasının üzvü olmasına xüsusi diqqət çəkib. AMEA prezidentinin tərcümeyi-halında onun 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçildiyi qeyd edilib. Eldar Namazov isə bildirib ki, sözügedən elmlər akademiyası ictimai təşkilatdır və pulla diplomlar, arayışlar satır.

“Rami Mehdiyev “pokazuxa” sözündən istifadə edib Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra layihələrini tənqid etdi. Həqiqətən də Azərbaycanda müxtəlif sahələrdə “pokazuxalıq” baş alıb gedir. Buna əmin olmaq üçün uzağa getmək lazım deyil. Elə Ramiz Mehdiyev cənablarının fəalliyətinə qısa baxış keçirmək lazımdır. AMEA-nın rəsmi saytında Ramiz Mehdiyevin tərcümeyi-halı yerləşdirilib. Orada iki dəfə qeyd olunub ki, Ramiz Mehdiyev 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Bəs bu Nyu-York Elmlər Akademiyası nə təşkilatdır?

Prezidentin köməkçisi vəzifəsində işləyəndə bu təşkilatdan mənə məktub gəlmişdi. Orada qeyd edilirdi ki, əgər 100 dollar ödəsəniz akademik titulu ala bilərsiniz. 100 dollara sadə kağız, bir az artıq məbləğə isə çərçivənin içində diplom verilir.

O vaxt Türkmənistan Prezidentinin də Nyu-York Elmlər Akademiyasının üzvü seçilməsi barədə məlumat yayılmışdı. Bundan sonra nüfuzlu media qurumları həmin təşkilatla maraqlanmağa başladı. İndi mən sizə o təşkilatın rəsmi şəxsinin müsahibəsini təqdim edirəm. Müsahibədə həmin təşkilatın rəsmisi deyir ki, bizdə seçki olmur. Kim pul ödəyirsə, ona diplom veririk. Jurnalist təəccüblə soruşur ki, kim istəsə akademik ola bilər? O da cavab verir ki, bəli. Daha sonra jurnalist deyir ki, mənim nəvəm var, orta məktəbdə oxuyur, o da akademiyaya üzv ola bilər. Təşkilatın rəsmisi bildirir ki, bəli və əlavə edir ki, bizdə akdemiyanın üzvü olan şagirdlər də var. Beləliklə, aydın olur ki, bu təşkilat sadəcə diplom satmaqla məşğuldur və bu adamların saxta diplom satanlardan fərqi yoxdur”, - deyə Eldar Namazov bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar