Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkin sahələrinə Mərakeş çəyirtkələri yayılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyanda monitorinq keçirib. Monitorinqlər zamanı 1600 hektar sahədə Mərakeş çəyirtkələrinin daha çox yayıldığı müəyyənləşdirilib


Bu barədə Mərkəzdən məlumat veriblər. Bu rayonları əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanılıb. Ərazidə xəbərdaredici nişanlar qoyulub, təsərrüfat sahibləri, fermerlər və ətraf kəndlərin sakinləri arasında maarifləndirmə tədbirləri keçirilib.

Dövlət Fitosanitar Nəzarət Xidməti Tovuz, Qazax, Ağstafa, Samux və Səmkir rayonlarını əhatə edən Ceyrançöl ərazisində, İmişli, Beyləqan rayonlarında, Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Şirinqum ərazisində, Şamaxı, KürdəmirAğsu rayonlarını əhatə edən Padarçöl ərasizində monitorinqlər aparır.

Qeyd edək ki, kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə hücum edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir. Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər.

DFNX fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edib. Əkin sahələrində, fermer təsərrüfatlarında zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal nazirliyin çağrı mərkəzinə müraciət etmək tövsiyə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar