Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstan probleminin kökünə qısa bir baxış: Amerikan-rus qarşıdurması bir ölkəni necə məhv etdi...

Kosiginə görə, Əfqanıstana hərbi müdaxilə pisləşməyə başlayan iqtisadiyyatın tarazlığını pozacaq və bu da dövlətin iflasına səbəb olacaqdı...

Mayis Əlizadə
“The Independent” qəzeti, 18 avqust 2021-ci il

1973-cü ildə Zakir şah İtaliyada səfərdə olarkən qohumlarının etdiyi çevriliş nəticəsində monarxiya dağıldı.

27 aprel 1978-ci ildə başlayan inqilab Əfqanıstan Xalq Demokratik Partiyasını hakimiyyətə gətirəndə Sovet İttifaqının da hadisələrə marağı artdı. Qərb ölkələrinin, xüsusən də ABŞ-ın baş verənlərə biganə qalması isə mümkün deyildi. Xüsusilə SSRİ tərəfindən Vyetnam ərazisində məğlub olan ABŞ bu dəfə Sovet İttifaqı ilə Əfqanıstan meydanında qarşıdurmanı Vyetnamdakı məğlubiyyətin qisası üçün böyük bir fürsət hesab etdi.

Sonrakı hadisələr işin əsas hissəsində bu intiqam hissinin olduğunu da ortaya qoydu. Buna görə də, Vaşinqton Vyetnamdakı məğlubiyyətin qisasını almaq üçün təkcə özünün deyil, həm də Qərb müttəfiqlərinin, xüsusən İngiltərənin və komandanlığı altında olan Körfəz ölkələrinin imkanlarını Moskvanı Əfqanıstanda məğlub etmək üçün səfərbər edəcəkdi.

Bülent Ecevit: “Əfqanıstana müdaxilə etmək istəyirmişsiniz, səbəb nədir?”

Aprel inqilabından sonra Moskva bölgə üçün əhatəli planlar üzərində işləməyə başlayarkən, 1978-ci ilin iyununda Moskvaya səfər edən dövrün baş naziri Bülent Ecevit Sovet İttifaqı Nazirlər Sovetinin sədri Aleksey Kosiginə, diplomatiya qaydalarını da müəyyən qədər pozaraq: “Əfqanıstana müdaxilə etməyi düşünürmüşsünüz, səbəbi nədir?”, sualını verib və aldığı cavab isə: “Xüsusi niyyətimiz yoxdur, məqsədimiz Əfqanıstanı 13-cü əsrdən 18-ci əsrə daşımaqdır”, olmuşdu. Kosıginin bu sözləri siyasi ədəbiyyatın diplomatiyadan uzaq və ən səmimi cavablarından biri hesab edilə bilər.

Kosigin Əfqanıstana hərbi müdaxilənin əleyhinə olan Kommunist Partiyası Siyasi Bürosunun yeganə üzvü idi. O, iqtisadiyyatdan gələn gəlirin müharibəyə deyil, elm və texnologiyaya qoyulan investisiyalara yönəldilməsini istəyirdi və Qərblə yalnız bu yolla rəqabətin mümkün olacağına, iqtisadi inkişafa bu şəkildə nail olunacağına inanırdı.

Kosiginə görə, Əfqanıstana hərbi müdaxilə pisləşməyə başlayan iqtisadiyyatın tarazlığını pozacaq və bu da dövlətin iflasına səbəb olacaqdı.

Kommunist Partiyasının Baş katibi Leonid Brejnevi idarə edə bilməyən Kosigin 1980-ci ilin oktyabrında vəzifəsini tərk edərkən, Sovet İttifaqı əsgərləri artıq 10 aydır ki, Əfqanıstanda idi. ABŞ-da noyabr ayında keçirilən seçkilərdə qələbə qazanaraq Ağ Evə gələn Ronald Reyqan SSRİ-nin Əfqanıstana müdaxiləsini fürsət olaraq dəyərləndirdi və məhdudiyyətsiz maliyyə dəstəyi ilə Əfqanıstandakı radikal islamçı qüvvələrin mübarizəsini Moskvaya qarşı təşkil edərək başladı. Həşçinin Reyqan Moskvanı “Ulduz Döyüşləri” adlı silahlanma yarışına cəlb etmişdi. DiGünü-gündən iqtisadi vəziyyəti pisləşən SSRİ də Reyqanın layihəsi ilə rəqabət aparmağa çalışarkən ciddi problemlər ortaya çıxırdı.

Andrey Qromıko: “Həyatımın ən böyük zəifliyi Əfqanıstana müdaxilənin qarşısını ala bilməməyim oldu”.

Bülent Ecevitin SSRİ səfərinə ona xeyli diqqət yetirən, “Cənab Xeyr” ləqəbli SSRİ xarici İşlər naziri Andrey Qromıko da Əfqanıstana hərbi müdaxilənin əleyhinə olanların tərəfində olsa da, Əfqanıstana müdaxilənin qarşısını ala bilmədiyinə görə peşman olduğunu, bunun “həyatının ən böyük səhvi” olduğunu bildirib.

Əslində, SSRİ-nin müdaxiləsinin sürətlənməsində Qromıko və DTK prezidenti Yuri Andropovun 1978-ci ilin yazında başlayan dəyərləndirmələri ciddi rol oynamışdı.

ABŞ prezidenti Cimmi Karterin 3 iyul 1979-cu ildə imzaladığı “Əfqanıstanda hökumət əleyhinə qüvvələrə maliyyə dəstəyi verən” qərar DTK-nın əlinə keçənə qədər ölkədəki Sovet əsgərlərinin və mühafizəçilərinin sayı 10 dəfə artırılmış və geri dönməz bir yola girilmişdi”.

1979-cu ilin sentyabrında Əfqanıstan Xalq Demokratik Partiyasının sədri və dövlət başçısı Nur Muhammed Tərakki öldürüldükdən sonra hakimiyyətin Hafizullah Əminə verilməsi Brejnevə ən yaxın olan digər Siyasi Büro üzvü Andropov və Qromıko kimi müdafiə naziri Dmitri Ustinovu da narahat etmişdi. Ona görə də, Əmini devirməyə və tamamilə Moskvaya yaxın bir adamı hakimiyyətə gətirməyə qərar verildi. Çünki DTK-nın əldə etdiyi məlumatlara görə, Hafizullah Əminin 1960-cı illərdən bəri Qərbin kəşfiyyat xidmətləri ilə, ilk növbədə də MKİ ilə əlaqələri vardı və vəziyyətin həssaslığı onun aradan qaldırılmasını tələb edirdi.

Əslində, 25 dekabr 1979-cu ildə Türküstan hərbi bölgəsinin qoşunları sərhədi keçərək vacib nöqtələri nəzarətə götürdü. 27 dekabrda paytaxt Kabildə məskunlaşan xüsusi qrupların keçirdiyi əməliyyatda Hafizullah Əmin öldürüldü və tamamilə Moskvadan asılı olan Bəbrək Kərmal hakimiyyətə gətirildi.

Sovet müdaxiləsinə birbaşa müqavimət göstərsələr də, Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrində bunu qeydə ala bilmədikdə Kabildəki əməliyyatdan əvvəl SSRİ-nin Tehrandakı səfiri İranın dini lideri Xomeyniyə məlumat verərək onun razılığını almış, bir müddət danışmayan Xomeyni də Sovet hökumətinin ən qısa zamanda evinə qayıtmasını tələb etmişdi.

SSRİ oradakı vəziyyətini hərbi mövcudluqla məhdudlaşdırmadı və Aleksey Kosıginin dediyi kimi “Əfqanıstanı 13-cü əsrdən 18-ci əsrə çəkmək” səylərini sürətləndirdi.

Əfqanıstan xalqı Sovet tərəfindən tikilən yolları, açılan məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, sosial təminat mərkəzlərini məmnuniyyətlə qarşıladı. Bu gün o dövrün əsərlərinin populyarlığını sübut edən saysız-hesabsız fotoşəkillər və videolar var.

İlk dövrdə Əfqanıstan sahəsində SSRİ ilə rəqabətdə geridə qalan ABŞ 1980-ci il Moskva Yay Olimpiya Oyunlarını boykot etməyi uyğun gördü və ilin ikinci yarısından etibarən mücahidlərin təşkilatlanmaq səylərini sürətləndi.

Sovet əsgərlərinin yerli mühitdəki hərəkətliliyinin məhdud olması mücahidlərin ən böyük üstünlüklərindən biri idi və demək olar ki, hər kvadrat metrdə bu üstünlükdən istifadə edirdilər. Bu vəziyyət SSRİ tərəfinin ciddi əsgər və texnika itkisi verməsinə səbəb oldu. ABŞ və Körfəz ölkələrindən gələn illik maliyyə yardımı 2 milyard dolları keçdi və Sovetlərin illik xərcləri 3 milyard dollardan 8.2 milyard dollara çatdı.

Ölkənin müxtəlif yerlərində əməliyyatlar həyata keçirən Sovet ordusu ən çox 1984-cü ildə (2343) itki verərkən Əfqanıstanı tərk etmək məsələsi ön plana çıxmağa başladı.

SSRİ qeydlərində mücahidlərə kömək edən ölkələr arasında Türkiyənin də adı çəkildi və yardım 100 milyon güllə, 60 min tüfəng, 8000 pulemyot və 10 min tapança olaraq kəşfiyyat qeydlərinə daxil edildi. Əfqanıstanda keçirdiyi 98 ay ərzində Sovet ordusu 14427 əsgər və zabit, DTK 576, Daxili İşlər Nazirliyi isə 28 şəxsi heyətini itirdi (cəmi 15.031 itki).

1978-1988-ci illər arasında Əfqanıstan dövləti sıralarında döyüşən 244 min əsgər və təhlükəsizlik işçisinin həyatını itirdiyi bildirilsə də, 10 illik müharibə dövründə qeyri-rəsmi olaraq ümumi itkinin təxminən 2 milyona çatdığı bildirilir.

“Əfqanıstanı tərk etmək niyyətimizi dərhal açıqlamasanız...”

Mixail Qorbaçovun həyata keçirdiyi “yenidənqurma” və “qlasnost” siyasəti Sovet ordusunun Əfqanıstandan çıxması məsələsinin cəmiyyətdə və mətbuatda daha yüksək səslə müzakirə edilməsinə səbəb oldu. Əfqanıstandan çəkilmə planı ilə bağlı niyyətin baş katib Mixail Qorbaçov tərəfindən 1986-cı ilin fevral ayında Kommunist Partiyasının Ümumi Yığıncağında elan ediləcəyinə qərar verilsə də, Qorbaçov bu qərarı açıqlamaq istəmirdi. Xarici işlər naziri Eduard Şevardnadze isə buna etiraz etmişdi (27 illik keçmiş nazir və Qorbaçovun baş katib vəzifəsinə gəlməsində həlledici rol oynayan Andrey Qromıko parlamentin spikeri vəzifəsinə keçirilmişdi).

Plenumda çıxış etməzdən əvvəl səhər saatlarında Şevardnadzeyə yenidən zəng edən Qorbaçov öz xarici işlər nazirindən “əgər açıqlamasanız, mən istefa veyəcəm” cavabını alıb və baş katib ümumi şurada müəyyən şərtlər altında və tədricən Əfqanıstandan çəkilməyə başlayacaqlarını açıqlayıb.

Rus ordusunun Əfqanıstandan çıxma prosesi 1987-ci ildə başladı və 15 fevral 1989-cu ildə general Qromovun sərhəd qapısından keçməsi ilə tamamlandı.

“Mən Sovet əsgərini yox, o əsgərləri Əfqanıstana göndərənləri təhqir etdim...”

26 mart 1989-cu ildə SSRİ Parlamentinin üzvlərini təyin etmək üçün ilk və sonuncu dəfə şəffaf bir mühitdə seçkilər keçirildi.

Cəmiyyətin və ölkənin müxtəlif təbəqələrindən olan bəzi tanınmış şəxsiyyətlərlə yanaşı, Əfqanıstanda Sovet ordusu sıralarında döyüşən bəzi əsgər və zabitlərin də mandat almaq hüququ vardı. Əfqanıstan kimi son dərəcə təhlükəli bir coğrafiyada müharibədə iştirak etdikləri üçün bir sıra hüquqi imtiyazlar tələb etməkdə haqlı olduqlarını düşünən qazilər və keçmiş əsgərlər həmişə bu mövzularda müzakirələrin mərkəzində olublar.

Deputat mandatı alanlardan biri də dünya şöhrətli fizik, 1975-ci il insan hüquqları üzrə Nobel mükafatı laureatı Andrey Saxarov idi. Əfqanıstan qazilərindən biri Andrey Saxarovun Kanada jurnalına verdiyi müsahibəsində sovet əsgərini təhqir etdiyini ona xatırlatdıqda Saxarov: “Mən heç vaxt sovet əsgərini təhqir etməmişəm, onlar əmrləri yerinə yetiriblər. O əsgərləri Əfqanıstana göndərənləri təhqir etdim və buna görə də heç vaxt peşman deyiləm”, cavabını vermişdi.

Dünyanın “Sovet əsgərləri Əfqanıstanda saysız-hesabsız cinayətlər törətdilər” tənqidinə cavab olaraq, Rusiya Parlamenti 1999-cu ildə onların hamısına amnistiya tətbiq etdi.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar