Hökumətin bu qərarı ölkə parlamenti tərəfindən təsdiqlənməlidir...
Efiopiya Nazirlər Şurası bazar ertəsi günündən bəri federal təhlükəsizlik qüvvələri ilə Amhar vilayətində şimal bölgəsində hakimiyyət qüvvələri ilə üsyançı “Fano milisləri” arasında toqquşmaların davam etməsi səbəindən fövqəladə vəziyyət elan edilməsinə qərar verib.
Poliqon xəbər verir ki, rəsmilər bəyanatda Amharada baş verən hadisələrə görə milli təhlükəsizlik və ictimai asayiş üçün təhlükənin gündən-günə artdığını, ölkə iqtisadiyyatına dəyən zərərin artdığını bildiriblər. Hökumət baş verənlərə görə “silahlı ekstremist qrupları” günahlandırıb.
Xəbərdə qeyd edilir ki, avqustun 3-də vilayət administrasiyası döyüşləri dayandıra bilməyəcəyini etiraf edib və federal yardım istəyib. Fövqəladə vəziyyət vətəndaşların gediş-gəlişinin məhdudlaşdırılmasını və hakimiyyətin insanları həbs etmək hüququnun genişləndirilməsini nəzərdə tutur.
Qeyd edilir ki, Efiopiyanın ikinci ən sıx əyaləti olan Amharada vəziyyət, federal hakimiyyət orqanlarının “Fano”nu tərksilah etməyə çalışdığı apreldən bəri qeyri-sabitdir.
“Fano milisləri” regional və federal təhlükəsizlik qüvvələri ilə birlikdə iki il Tiqray bölgəsindən olan üsyançılarla vuruşurdular. 2022-ci ilin noyabrında tərəflər sülh sazişi bağladılar, bundan sonra federal hakimiyyət milisləri tərksilah etməyə başladı. Amma hakimiyyət “Fano” milis dəstələrini buraxmağa nail ola bilməyib.
İyulun 30-dan, milis döyüşçülər nizami hərbi hissələrə hücum etməyə, yolları bağlamağa və mühüm obyektləri ələ keçirməyə başlayıblar. Qarşıdurmalara görə məşhur turizm şəhərləri olan Lalibela və Qondarlara uçuşlar ləğv edilib, Amharada internet fasilələrlə işləyir.
Poliqon.info