Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ƏƏSMN-in satışa çıxardığı mənzillərdən bir qismi satılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq bir qisminin onları ilk bron etmiş şəxslərə satışı həyata keçirilib...

Nazirlikdən Poliqon.info-ya verilən xəbərə görə, Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində yerləşən mənzilləri bron etmiş şəxslərdən bir qrupu ilə seçdikləri mənzilin dəyəri tam ödənilməklə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb.

Bundan sonra həmin mənzillər sahiblərinə təqdim edilib.

Hazırda ms.sosial.gov.az portalı üzərindən mənzillərin bron edilməsi, həmçinin mənzili bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.

Xatırladaq ki, satışa çıxarılan 1662 mənzil paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə AbşeronSamux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.

Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

Poliqon.info


Etiket: ƏƏSMN mənzil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar