Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədəbiyyat Muzeyinin fasadında 3D formatda miniatürlər canlandırılıb - Fotolent

Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında “İşıq festivalı 3D mapping” təqdimatı keçirilib.

APA xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız qalasının üzərində "Xəmsə"nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılıb.

Jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov Nizami Gəncəvinin Azərbaycan mədəniyyətində tutduğu yerdən danışıb. Nizami Gəncəvi ili çərçivəsində həyata keçirilən tədbirlərin davam edəcəyini bildirib.

"Bu il Prezident İlham Əliyev tərəfindən Nizami Gəncəvinin yubileyi ilə bağlı Nizami ili elan olunub. Biz bu il çərçivəsində bir çox tədbirlər keçirmişik. Bugünkü tədbir də məhz onun yubileyinə həsr olunub. Festival üç gün davam edəcək. Azərbaycan ictimaiyyətini hər axşam saat səkkizdə burada toplaşmağa dəvət edirik", - deyə nazir bildirib.

Qeyd edək ki, 3D audiovizual proyeksiya formatında baş tutan festival 4 gün davam edəcək. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız qalasının üzərində "Xəmsə"nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.

Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə Nizami Gəncəvi ili çərçivəsində həyata keçirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar