Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev üç ölkənin səfirlərini qəbul edib

Nazir Əfqanıstan, Yunanıstan və Meksikanın ölkəmizdəki səfirlərini qəbul edib

Mədəniyyət naziri Əbülfəs Qarayev Əfqanıstan, Yunanıstan və Meksikanın Azərbaycandakı səfirlərini qəbul edib.

Meksika Birləşmiş Ştatlarının səfiri Rodriqo Labardini, Yunanıstan Respublikasının səfiri Nikolaos Kanellos və Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Xeyrullah Spelanayla görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.

Nazir Əbülfəs Qarayev qonaqlara hər iki ildən bir ölkəmizdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və cari ilin 30 iyun – 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək, ölkəmizin qeyd edilən Komitəyə sədrliyinin əhəmiyyətini vurğulayıb.

Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret fəaliyyət planının işlənib hazırlanması barədə razılığa gəlinib.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar