Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP müğənnilərə xəbərdarlıq edilib


"Tolik xəta törədib və yüz manat cərimələnib"


“İnsanlar arasında bəzi söhbətlər gedir ki, guya məşhurlar toxunulmazdır və onlara heç bir protokol tərtib olunmur, onların əməllərinə göz yumulur”. Bu sözləri “Xəbər Sizsiniz” verilişində qonaq olan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov deyib.

O, bildirib ki, məşhurların çəkdirdikləri avtomobillə bağlı "klip" DYP əməkdaşları tərəfindən araşdırılıb və müvafiq cəzalar tətbiq edilib. Onun sözlərinə görə, xətaları lentə alıb internet saytlarında yerləşdirmək həmin vətəndaş barəsində tədbir görülməsinə imkan verir. Adlarını qeyd etmək istəməzdim, amma tanınan şəxslər arasında sürücülük vəsiqəsi olmayanlar var. Onların bəzən polisin “Dur!” əmrinə tabe olmayıb yola davam etmələri halları baş verir. Məşhurların hamısı törətdikləri xətaya görə cavab verir. Hətta Tolik Qazax yolunda xəta törədib və bunun qarşılığı olan yüz manat cəriməsini ödəyib”. 

Vaqif Əsədov həmçinin, onu da qeyd edib ki,müğənnilərə çəkdirdikləri kliplərdə yol hərəkəti qaydalarının pozulma halları ilə bağlı xəbərdarlıq edilib. 

“Müğənnilər klipdə avtomobillə çəkilirlərsə, onda təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Sevda Yahyayeva avtomobillə çəkdirdiyi klipə görə bizim tərəfimizdən xəbərdarlıq edilib”.

Vaqif Əsədov qeyd edib ki, araşdırmalar göstərir ki, xeyli sayda müğənni etdikləri qayda pozuntularına görə, onlara qarşı qanunla nəzərdə tutlmuş cəza tədbirləri görülüb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar