Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP işçisi, «avtoş» atası və yol kəsən polis əməkdaşı

İş yoldaşları arasında «Kürd» ləqəbiylə tanınan Nizami Məmmədov Bülbülə camaatına gün verib, işıq vermir


Dövlət Yol Polisində (DYP) çalışan bəzi xidmət işçilərinin öz yerində olmadığını deməyə gərək yoxdur. Bəzən elə hallara rast gəlinir ki, belələrinin polisə niyə işə götürüldüyünə təəccüb edilir. 

Məsələn, qıp-qırmızı vətəndaşın üzünə duraraq, ondan pul qoparmaq üçün min bir hoqqadan çıxan DYP əməkdaşları haqqında az yazılmayıb. Amma bu gün yazacağımız məlumatın «qəhrəmanı» isə tamam fərqli bir «yanaşma» tərziylə diqqəti çəkir. 

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, kapitan Nizami Məmmədov 99 YP 427 dövlət nömrə nişanlı DYP maşınının ekipaj rəisidir. Bülbülə kəndində, «Qədir Bağları» deyilən yerdə yaşayır. İş yoldaşları onu daha çox «Kürd Nizami» kimi tanıyır və çağırırlar. Yeyib-içən adamdır, pensiya vaxtına isə cəmi 4 ay qalıb.

Böyük maddi imkanlara sahib olan DYP kapitanının bütün bunları şəhərdə sürücülərin hesabına əldə edib. Onun qanunla bizneslə məşğul olması da qadağandır. Ümumilikdə götürdükdə, DYP işçilərinin əsas gəlir yeri sürücülərdir və bunu heç kim inkar edə bilməz. Qeyd edək ki, Nizami Məmmədov idarə etdiyi 99 YP 427 dövlət nömrə nişanlı xidməti avtomobilinə «çörək təknəsi» kimi baxır. Elə bu səbəbdəndir ki, bir neçə dəfə sürücülərin ardıyca maşın sürərkən, avtomobilin sükanına nəzarəti itirərək, qəza da törədib. Xoşbəxtlikdən hadisə zamanı ölüm-itim olmayıb. Amma sözügedən DYP əməkdaşı təmir işlərinə görə, ciddi xərcə düşüb. Bəzi məlumatlara görə, Nizami Məmmədov bir neçə dəfə belə halları təkrarlayıb və nəticədə, töhmət alıb, cərimə edilib. 

Jam.az-a daxil olan məlumata görə, geniş maddi imkanları olan DYP əməkdaşının oğlu Nazim isə Sabunçu və Suraxanı rayonları ərazində tanınmış «avtoş»lardan biri sayılır. Nazim Məmmədov idarə etdiyi «VAZ 21063» və «VAZ 2107» markalı avtomobilləriylə şəhərin küçələrində bekar şəkildə şütüyür. Deyilənə görə, özü Polis Akademiyasında təhsil alsa da, atası «Kürd Nizami»nin sayəsində dərsə belə getmir. 

Qeyd edək ki, Nazim Məmmədov da qəza məsələlərində atasından geri qalmır. Belə ki, onun bir müddət əvvəl Bayıl qəsəbəsində idarə etdiyi «Mersedes» markalı avtomobili ilə ağır yol-nəqliyyat hadisəsi törətdiyi deyilir. Həmin qəza nəticəsində avtomobilə ciddi zərər dəysə də, sürücü və sərnişinlərə xoşbəxtlikdən bir şey olmayıb. Düzdür, həmin vaxt Nazimin atası dərhal hadisə yerinə çatıb və məsələni ört-basdır edib. 

Nizami Məmmədov polis işçisi olaraq asayişi, yol hərəkətinin təhlükəsizliyini təmin etməyə borclu olsa da, Bülbülə kəndində yaşayanların bir çoxunun asayişini pozmaqla məşğuldur. Məsələn, onun məhəllədə xoşuna gəlməyən adamlara qarşı xüsusi «yanaşma» sərgilədiyi deyilir. Belə ki, DYP əməkdaşı xoşuna gəlməyən adamların ailələri haqqında söz-söhbət yaydırır, onların qız və gəlinlərinə özü deyil, məhəllədə bir şüşə arağa «şirə» dönənlərin diliylə yalandan böhtan atdırır, şər dedizdirir. Hətta bu yaxınlarda «Kürd Nizami» məhəllənin içki düşgünlərindən birinə bir şüşə araq alaraq, məhəllədə yaşayan normal bir ailənin qızı küçədən keçərkən, ona söz atdırmaqla yanaşı, həm də haqqında nalayiq ifadələr işlətməsinə şərait yaradıb. 

Qeyd edək ki, Nizami Məmmədov polis işçisidir və onun nümunəvi olması da vacib şərtdir. Uzun müddətdən bəri polisdə çalışmasına rəğmən, hələ də bunu dərk etməyibsə və yaşadığı məhəllədəki şız və gəlinlər haqqında xoşagəlməz hərəkətlərə yol verirsə, bu nə polisə yaraşan haldır, nə də insanlığa. Ona görə ki, Cənab Nazir Ramil Usubov dəfələrlə bəyan edib ki, polisin etimadını doğrultmayan, onun adına xələl gətirən, polis mundirinə yaraşmayan hərəkətlərə yol verənlər ağır şəkildə cəzalandırılacaqlar. Görünür, «Kürd Nizami» nə nazirin saya salır, nə də polis adının nə olduğunun fərqinə varmayıb. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar