Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Duqin kimdir və Duqinanın ölümü kimə sərf edirdi?

Aleksandr Duqinin qızının avtomobilinin partladılmasıyla öldürülməsi heç bir şəkildə təqdir ediləcək hal deyil. Mən şəxsən Duqini iki mininci illərin lap əvvəlindən tanısam da, qızının adını ilk dəfə bu terror hadisəsində öyrəndim. 

Ehtimal odur ki, hədəf - Duqin özü olub. Hansısa “təsadüf” onu xilas edib. Absurd olan, bu ölumlə Azərbaycanda, rus imperiyasinın bərpasının fikir atasına olan aşırı ikitirəli münasibətdir. Ümumiyyətlə, biz bu adamı tanıyırıqmı? Bu adamın adı niyə bu qədər çox hallanır? Bunun ölumu kimə lazım ola bilərdi? 

Duqin muasir rus imperiya konsepsiyasının fikir atasıdər. Rəhmətlik Heydər Camalla vaxtilə bir təşkilatda təmsil olunublar. Hardasa Camalın tələbəsi də sayıla bilər. Hər ikisini birləşdirən əsas fikir antiamerikanizm olub. Duqinin imperiya konsepsiyasının ana xətləri bunlardır:

-Rusiya və Avrasiya Qərb mədəniyyəti ilə geopolitik çatişmaya məhkumdur;

-Ruslar imperiya sərhədlərini nəyin bahasına olursa olsun bərpa etməlidirlər, əks halda məhvə məhkumdurlar;

-Avrasiya hegemonlugunun bərpası, liberal qərb dəyərlərindən tam imtinadan keçir;

-Hakimiyyət güc strukturlarının tam nəzarətində olmalıdır və hakimiyyət mütləq Qərblə konfrontasiyaya getməlidir;

-Daxili siyasətdə burokratizm əsas alınmalıdır. 

Bütün bu fikirlər hələ Putin hakimiyyətə gəlməmişdən əvvəl səsləndirilmişdi. Maraqlı orasıdır ki, Putin hakimiyyətə gələndən sonra bu addımlar bir bir atılmağa başladı. Putin qeyri rəsmi də olsa 3-cü Roma deyilən müasir yeni milli ideyanı rus imperalizmi fikrini həyata keçirməyə çalışdı. Bu konsepsiyanın ana cizgiləri:

-Rusiyanin öz imperiya statusunu bərpası;

-Qərbin liberal inkişaf modelindən imtina;

-Liberal institutlarin məhv edilməsi;

-Bütün strateji qaynaqlarin və KİV-in tək əldə cəmləşməsindən və total nəzarət;

-İdarəetmə və biznesin güc struktirlarinin nəzarətinə verilməsi;

-Bürokratik aparatın böyüdülməsi;

-Pravoslav kilsəsinin çəkisinin artması;

-“Dövlətçilik”, antiqərb, militarist əhval-ruhiyyənin daxili auditoriyaya təblig edilməsi;

-NATO ilə yenidən qlobal silahlanma yarışına çıxıb konfrontasiyanı gücləndirmədən.

Bütün bunlar bir imperiya proyekti idi. Heç bir partiyanin, nə sol, nə sağ ideoloji propaqandası bu proyektin tələblərini təmin edə bilməzdi. Duqinin Avrasiyacılıq konsepsiyası bu proyekt üçün göydəndüşmə idi. 

Əslində Duqinin “konsepsiyası” yeni bir şey də deyildi. Bu, Mackinderin “Quru Hakimiyyəti” deyilən geopolitik konsepsiyasının rus imperiya konsepsiyasının tələblərinə tətbiq edilmiş halı idi. Mackinder konsepsiyasındakı Heartland ideyasi Duqinin Avrasiyaçılıq düşüncəsi ilə əvəz olunmuşdu. Vaxtilə Nazi Almaniyası da bu konsepsiyanı özlərinə uydurmuşdu. Onlar hətta filosof Ratzelin ideyasi ilə Rusiya ilə yaxınlaşmağı Avroatlantika konsepsiyası olan Rimlanda yeganə alternativ güc mərkəzi olaraq görürdülər. Bir müddət Molotov-Ribbentrop paktına qədər almanlar buna əməl də etdilər. Amerikan Spikmanın Rimland konsepsiyası Kəmər Quşaq hakimiyyətinə əsaslanırdı ki, əsas ideyası bu fikrə söykənirdi: “Heartlandı - Balkanlardan Çinə qədər olan əraziləri nəzarətdə saxlayan Avrasiyanı da nəzarətdə saxlayacaq”. Ona görə Amerikan geopolitik məktəbi Yaxin Şərq, Əfqanistan, Koreya və Yaponiya xəttinə nəzarətə çox həssas yanaşıb. Spikman deyirdi: “Rimlanda nəzarət edən Avrasiyaya da hakim olacaq, Avrasiyaya hakim olan isə dünyaya hakimdir”. 

Duqin rus impariya ideologiyasının fikir atası kimi, daxili siyasətə birinci siralarda təsir edən fiqur deyil. Rus hakimiyyəti onu daha çox Yaxın Şərq, İran Türkiyə xəttində antiamerikançı qüvvələri özünün “müttəfiqinə”  çevirib, bu ölkələrdə 5-ci kolonlar yaratmaqla öz xarici siyasətinin təsir gucunu artırmaq üçün istifadə edirdi. 

Duqinin ölumu ən çox elə Kremlə sərf edə bilərdi. İndi aydın olan odur ki, Rusiya hakimiyyəti daxil siyasətdə represiya və terrora start vermək istəyir. Ukraynada ilişdiyi bataqlıq fonunda daxildə bütün rıçaqları yalniz belə nəzarətə götürə bilər. Yəqin ki, tezliklə bunun işartılarını görəcəyik.

Eldəniz Cəfərov, politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar