Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın on şahmat dühasından biri azərbaycanlı oldu

Şəhriyar Məmmədyarov cari dünya reytinqinin ilk onluğuna daxil olub

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Riqada Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-prisinin ikinci mərhələsindəki uğurlu çıxışı hesabına cari dünya reytinqinin ilk onluğuna daxil olub.

Pia.az  Sputnik Azərbaycan-a istinadən bildirir ki, bununla da azərbaycanlı oyunçu öz adını dünyanın günümüzdəki on şahmat dahisinin siyahısına yazdıra bilib.

Xatırladaq ki, Məmmədyarov Latviyanın Riqa şəhərində keçirilən FİDE-nin ikinci Qran-prisinin finalına çıxıb və həlledici matçın birinci partiyasında fransalı Maksim Vaşye-Laqrav üzərində qələbə qazanıb.

Şəhriyar fransız rəqibini 28 gedişdə darmadağın edib. Bu qələbə sayəsində həmyerlimiz aktivinə 3,5 bal əlavə edib və 2768,5 xalla dünya reytinqində səkkizinci pilləyə yüksəlib.
Qeyd edək ki, FİDE Qran-prisinin Riqa mərhələsinə start verilməmişdən qabaq Məmmədyarov bu reytinqdə 14-cü pillədə qərar tuturdu. Lakin partiyalarda vaxta klassik nəzarət etməklə Daniil Dubov (Rusiya), Uesli So (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanması sayəsində o, yenidən reytinqin ilk onluğuna qayıdıb.

Lakin digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov planetin ən yaxşı şahmatçılarının ilk onluğunda dayana bilməyərək, 2758,2 xalla 12-ci sıraya düşüb.

Hazırda dünya reytinqinin ilk onluğunda bu şahmatçılar dayanır: 1. Maqnus Karlsen (Norveç, 2881,7), 2. Fabiano Karuana (ABŞ, 2817,8), 3. Din Lijen (Çin, 2798,4), 4. Aniş Qiri (Hollandiya, 2778,7), 5. Uesli So (ABŞ, 2776,3), 6. Yan Nepomnyaşiy (Rusiya, 2773,8), 7. Maksim Vaşye-Laqrav (Fransa, 2773), 8. Şəhriyar Məmmədyarov (Azərbaycan, 2768,5), 9. Levon Aronyan (Ermənistan, 2765,2), 10. Lenyer Dominges (ABŞ, 2763).

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Ən çox oxunanalar