Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən təhlükəli viruslarından birinin dərmanı yaradıldı

Ebola qızdırması malyariya preparatları ilə müalicə ediləcək

Beynəlxalq alimlər qrupu virusa yoluxmuş insanlara kömək etmək qabiliyyətinə malik olan dərman yaradıb. Bu, malyariyanın müalicəsində istifadə edilən amodiaxin preparatının dəyişdirilmiş formasıdır.

Qeyd edək ki, Ebola virusu 1976-cı ildə meydana çıxıb. Həmin vaxtdan Afrika ölkələrində virus bir neçə dəfə tüğyan edib. Ən böyük oyanma 2014-2015-ci illərdə qeydə alınıb və bu zaman 11 min insan dünyasını dəyişib.

Bir müddət əvvəl virusoloqlar malyariyadan əziyyət çəkərək amodiaxin qəbul edənlərdə ölüm riskinin 31 faiz azaldığını müəyyənləşdiriblər. Bu, xüsusi araşdırmaya səbəb olub. Boston Universitetinin Tibb Məktəbinin professoru Robert Devi həmkarları ilə Ebolanı orijinal amodiaxindən 10 dəfə daha çox əngəlləyən və daha az zəhərli olan mükəmməlləşdirilmiş preparat yaradıb.

Araşdırma zamanı QİÇS və digər viruslara qarşı dərman preparatı yaratmağa çalışan yapon alimlərinin təcrübəsindən istifadə edilib.

Xatırladaq ki, hazırda Ebola qızdırması Demokratik Konqo Respublikasında yayılır. Artıq ölənlərin sayı 200-ü keçib.(Sputnik Azərbaycan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Ən çox oxunanalar