Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya üzrə külək enerjisinin potensial gücü açıqlanıb

"Açıq dəniz külək enerjisi gücü dünya səviyyəsində illik 420 trilyon kilovat/saat elektrik enerjisi istehsalı potensialına malikdir. Bu miqdar bugünkü qlobal elektrik enerjisi tələbatından 18 dəfə çoxdur"...

Bu barədə Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına görə, açıq dəniz külək enerjisi bu gün qlobal elektrik enerjisi istehlakının sadəcə 0,3%-ni təşkil edir: “Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, 2040-cı ildə qlobal açıq dəniz külək enerjisindən istifadə həcmi 15 dəfə arta və sektor bir trilyon dollarlıq investisiya cəlb edə bilər. Hesabatda qlobal açıq dəniz külək enerjisi bazarının 2010 və 2018-ci illər arasında hər il təxminən 30% artdığı bildirilir. Hazırda dünya üzrə həyata keçirilməkdə olan 150 yeni açıq dəniz külək enerjisi layihəsi mövcuddur və onların arasında 2018-ci ildə digər ölkələrə nisbətən daha çox güc istifadəyə verən Çin də yer alır. Avropa Birliyinin açıq dəniz külək enerjisi gücü hazırda 20 QVt həcmindədir və bu gücün 2040-cı ildə 130 QVt-a çatacağı proqnozlaşdırılır. BEA-ya görə, Aİ ölkələri sıfır karbon hədəflərinə çatacağı təqdirdə açıq dəniz külək enerjisi gücü 180 QVt-a çataraq, Avropanın ən böyük elektrik enerjisi mənbəyi rolunu oynaya bilər".

Hesabata görə, Çin bu gün 4 QVt olan açıq dəniz külək enerjisi gücünü artırmaqla 2025-ci ilə Böyük Britaniyanı keçərək bütün dünyada ən çox açıq dəniz külək enerjisi gücünə malik olacaq.

"BEA-ya görə, açıq dəniz külək enerjisindən istifadə sahəsində ən böyük texnoloji nailiyyətlərdən biri dənizdə sahildən daha uzağa yerləşdirilə biləcək üzən turbinlərin inkişaf etdirilməsi ola bilər”, - məlumatda bildirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar