Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya masonları Bakıda toplaşıb – Foto

Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib...

Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib.

Poliqon Azpost.info-ya istinadən bildirir ki, bu barədə Rusiya Böyük Mason Lojasının səhifəsində məlumat verilib.

Toplantı iyunun 28-də baş tutub.

Məxfi keçirilmiş iclasda müzakirə edilmiş məsələlər barədə məlumat verilməyib.

"Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş "Azerbaijan Lodge No.2001″in yaradılması ilə başlayıb. Bir il sonra Vashinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət edib. "2002-ci ildə onlar Moskvada "Drujba No.24" lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vashington D.C. Böyük Lojası Türkiyənin "Nur Lodge 2000" Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan "Xəzər Lojası No.1000" layihəsini yaratdılar"-deyə "Azərbaycan Milli Böyük Lojası" nın rəsmi açıqlamasında vurğulanıb.

 


2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədilər bir çox qonaqlar Bakıya səfər edib. Bu müzakirələrdən sonra  2008-ci ildə lojanın yaradılmasına qərar verilib. Bunun ardından Vashinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək "Baku Lodge No.2008″i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Xüsusi qeyd etmək lazımdır ki, bu qurumun yaradılması prosesində  Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.

 


5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.

 


Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis  üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə  Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan edilib.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

BMT-nin baş katibi BRICS sammitində iştirak edəcək

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib

Yaşıllıqları məhv etmə və ya zədələməyə görə sanksiyalar sərtləşdirilir - 8 il həbs cəzası

Ən çox oxunanalar