Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya çempionatından qayıdan güləşçiləri hava limanında nazir qarşılayıb

Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

PİA.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığmanın qarşılanma mərasimi keçirilib. Mərasimdə Gənclər və idman naziri Fərid Qayıbov, azarkeşlər, güləşçilərin yaxınları, media mənsubları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çempionatda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil ediblər. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb. Rusiya 152 xalla birinci, İran 146 xalla ikinci pillədə qərarlaşıb. Bununla da Azərbaycan komandası 6 illik fasilədən sonra dünya çempionatında ilk "3-lük"də qərarlaşıb. Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə mundialda 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Xatırladaq ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.(Report)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

Ən çox oxunanalar