Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSK inflyasiyanı necə müəyyən edir? - Bizdə ərzaq Avropa və Türkiyədən də bahadır...

Ərzaq məhsullarındakı kəskin artım və inflyasiyanın rəsmi olaraq 20% civarında göstərilməsi reallığa nə qədər uyğundur?.. Ekspert bahalaşmanın rəsmi rəqəmlərdən qat-qat üstün olması qənatindədir...

İqtisadçı-alim: “İndiyə qədər mən özlüyümdə müəyyən edə bilməmişəm, Dövlət Statistika Komitəsi inflyasiyanı müəyyən edərkən hansı meyarları əsas götürür ki, reallığı bu qədər əks etdirməyən göstəricilər ortaya çıxır?”.

“Keçən ilin müvafiq dövrü ilə müqaisədə çörək 32,65%, makaron 52,1% , kərə yağı 42,30%, qarğıdalı yağı 60%, qarabaşaq 50%, düyü 47%, toyuq əti 75%, mal əti 40%, pendir 125%, şəkər tozu 60%, çay 144,4%, soğan 80% bahalanıb. Belə olan halda necə demək olar ki, ölkədə ərzaq məhsulları üzrə inflyasiya 18%-dir?”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Dövlət Statistika Komitəsinin infilyasiya ilə bağlı açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə son 6 ayda Azərbaycanda ərzaq məhsulları üzrə inflyasiya 18 %-i ötüb. Komitənin məlumatına görə bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,4 %, qeyri-ərzaq məhsulları üzrə 106,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,3 % təşkil edib.

DSK-nın göstəricilərində cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, düyünün, vaflinin, peçenyenin, manna yarmasının, kolbasa məmulatlarının, toyuq ətinin, pendirin, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, kivinin, limonun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, limonadın, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən mal ətinin, bananın, gilasın, albalının, əriyin, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Rəsmi olaraq ərzaq məhsullarına görə inflyasiyanın 20% civarında göstərilməsi ümumi mənzərəyə nə qədər uyğun görünür və ərzaq məhsullarındakı bu kəskin artım hansı daxili və xarici amillər iştirak edir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Ölkəmizdəki qiymət artımı daha çox süni hal alıb və heç bir qurum bu vəziyyətlə mübarizə aparmır və ya aparmaqda acizdir”.

Ölkəmizdə minimum əmək haqqının İsveçdən 13,01 dəfə, Almaniyadan 10,45 dəfə, Fransadan 9,23 dəfə az olduğunu xatırladan iqtisadçı-alim bildirib ki, PİA.az-a bütün bu göstəricilər insanlarımızın iqtisadi vəziyyətni gözlər önünə sərməyə kifayət edər:

“Gəlin öncə inflyasiyanın nə olduğuna aydınlıq gətirək. İnflyasiya – ayrı-ayrı bazar və mağazalar üzrə deyil, ümumilikdə ölkə üzrə mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsindəki artımdır. Yəni, məcmu tələb ilə məcmu təklif arasında balans pozulur, nəticədə də qiymətlərin ümumi səviyyəsində artım baş verir. Bu artımın da davamlı hal alması nəticəsində istehlakçıların alıcılıq qabiliyyəti aşağı düşür.

İnflyasiya səviyyəsini müəyyən etmək üçün beynəlxalq təcrübədə “istehlak qiymətləri indeksi” və “yerli istehsal qiymətləri indeksindən” birgə istifadə olunur. Bu indeksləri müəyyən etmək üçün isə bir sıra məhsul və xidmətlərin, əsasən də minimum istehlak zənbilinə daxil olan malların qiymətləri əsas götürülür. İndiyə qədər mən özlüyümdə müəyyən edə bilməmişəm, Dövlət Statistika Komitəsi inflyasiyanı müəyyən edərkən hansı meyarları əsas götürür ki, reallığı bu qədər əks etdirməyən göstəricilər ortaya çıxır?

Gəlin minimum istehlak zənbilinə daxil olan zəruri qida mallarının qiymət artımını birgə nəzərdən keçirək. Keçən ilin müvafiq dövrü ilə müqaisədə çörək 32,65%, makaron 52,1% , kərə yağı 42,30%, qarğıdalı yağı 60%, qarabaşaq 50%, düyü 47%, toyuq əti 75%, mal əti 40%, pendir 125%, şəkər tozu 60%, çay 144,4%, soğan 80% bahalanıb. Belə olan halda necə demək olar ki, ölkədə ərzaq məhsulları üzrə inflyasiya 18%-dir?

Bilirsiz ki, artıq dünyada illik deyil, rüblük və ya aylıq qiymət dəyişikliyi üzrə hesabatlar aparılır. Dolayısıyla, aylıq qiymət dəyişiklikləri hesablandıqdan sonra, illik və ya rüblük ortalama qiymət dəyişikliyi müəyyən edilir. Bəzi ərzaq məhsullarının ilin əvvəlindəki qiymətləri ilə indiki qiymətləri arasındakı fərqə baxaq. Məsələn, ilin əvvəli ilə müqaisədə un 52,63%, şəkər 15,4%, duru yağ 25%, çay 11,8%, düyü 100%, qənd 30,77% bahalanıb.

Vüsalə Əhmədova: “Minimum əmək haqqı ilə nisbətdə inflyasiyanın səviyyəsini istər Türkiyə ilə, istərsə də AB ölkələri ilə müqaisə etsək, ölkəmizdəki ərzaq məhsullarının qiymətlərinin bu ölkələrdəkindən kifayət qədər baha olduğunu görərik”.

Göründüyü kimi, xüsusilə zəruri ərzaq məhsullarının qiymətləri durmadan artır. 2021-ci ilin ilk iki ayı üzrə Azərbaycan əhalisinin gəlirlərinin xərcləndiyi əsas istiqamətlər üzrə DSK-nin hesabatına nəzər yetirsək, gəlirlərin 46,9%-nin qida məhsullarına, 6,3%-nin içki və tütün məmulatlarına, 16%-nin geyim və ayaqqabıya, 16,7%-nin isə “digər mallara” sərf olunduğunu görə bilərik. Hazırda ölkədəki vətəndaşlar gəlirlərinin yarısını qida məhsullarına ayrmaq məcburiyyətində qalırlar.

Pandemiya zamanı bilirik ki, qida tədarük zəncirində qırılmalar baş verdi, daha sonra qonşu ölkələrdəki müharibə vəziyyəti və s. bütün bunlar qiymət artımına təsir edən faktorlardır. Ancaq ölkəmizdəki qiymət artımı daha çox süni hal alıb və heç bir qurum bu vəziyyətlə mübarizə aparmır və ya aparmaqda acizdir.

Hazırda ABŞ-da, AB ölkələrində və Türkiyədə də yüksək inflyasiya müşahidə olunur. Ancaq, minimum əmək haqqı ilə nisbətdə inflyasiyanın səviyyəsini istər Türkiyə ilə, istərsə də AB ölkələri ilə müqaisə etsək, ölkəmizdəki ərzaq məhsullarının qiymətlərinin bu ölkələrdəkindən kifayət qədər baha olduğunu görərik. Məsələn, gəlin minimum istehlak zənbilinə daxil olan bəzi ərzaq məhsullarının AB ölkələri və Türkiyədəki qiymətləri ilə ölkəmizdəki qiymətlərini müqaisə edək.

Göründüyü kimi, bəzi məhsullar ölkəmizdə AB ölkələrindən 60-80%, bəziləri 160-200%-dək, Türkiyədən isə 160-250%, bəzi məhsullar 350%-dən çox bahadır. Nəzərinizə çatdırım ki, Fransada minimum əmək haqqı 2.770 manat, Almaniyada 3.135,92 manat, İsveçdə 3.904,63 manatdır, Azərbaycanda isə bu ilin yanvar ayından etibarən 300 manata çatdırılıb. Ölkəmizdə minimum əmək haqqı İsveçdən 13,01 dəfə, Almaniyadan 10,45 dəfə, Fransadan 9,23 dəfə azdır. Bütün bu göstəricilər insanlarımızın iqtisadi vəziyyətni gözlər önünə sərməyə kifayət edər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar